Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi (ərəb. فخرالدین الرازی‎; 1150[…], Rey, Böyük Səlcuq imperiyası – 1210[…], Herat) — Əşari məktəbinin nümayəndəsi

Fəxrəddin Razi

Vikipediya, azad ensiklopediya
Fəxrəddin Razi
ərəb. فخرُ الدين الرازي
Doğum tarixi 1150(1150)[…]
Doğum yeri
  • Rey, Böyük Səlcuq imperiyası
Vəfat tarixi 1210(1210)[…] (59–60 yaşında)
Vəfat yeri
  • Herat
Elm sahələri kəlam, təfsir, islam fəlsəfəsi, Üsuli-Fiqh

Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi (ərəb. فخرالدین الرازی; 1150[…], Rey, Böyük Səlcuq imperiyası1210[…], Herat) — Əşari məktəbinin nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur "Məfatih əl-Qeyb" təfsiri ona məxsusdur. Bu təfsiri o, mötəzili olan əz-Zəmaxşərinin təfsirinə cavab olaraq yazmışdır.

Həyatı

Tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Xətib (Xətibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.

Ər-Razi Orta Şərq şəhərlərini gəzib dolaşmışdır. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. O, Heratda mədrəsə qurmuş və həyatının son illərini elə bu mədrəsədə keçirmişdir.

Əsərləri

  • Məfatih əl-Qeyb
  • Əsas ət-təqdis
  • Cəmi əl-ölüm
  • Ər-Risalə əl-kəmaliyə fil-həqaiq əl-ilahiyə
  • Cahardaq risalə
  • Əl-Məbahis əş-şərqiyə
  • Lübub əl-işarət
  • Əl-Ərbəin fi üsul əd-din
  • Etiqadat firəq əl-müslimin vəl-müşrikin
  • Mühəssəl əfkar əl-mütəqəddimin dəl-Mütəahhirin

Tələbələri

Yetişdirdiyi tələbələrdən bəziləri:

  • Qütbəddin əl-Misri
  • Zeynəddin əl-Keşşi
  • Şərəfəddin əl-Hərəvi
  • Əsirəddin əl-Əbhəri
  • Tacəddin əl-Urməvi
  • Siracəddin əl-Urməvi
  • Şəmsəddin Xosrovşahi
  • Əbu Əhməd əl-Beyləqani

Ədəbiyyat

  • Наймов Н. Фахриддин Рази. // Из философского наследия народов Ближнего и Среднего Востока.— Ташкент, 1972,— С. 199–233.
  • Кулматов Я. Фахриддин Рази.— Душашбе, 1980.
Üst