| Orxan Nəzərli | |
|---|---|
Vəzifədədir | |
| 6 may 2021-ci ildən | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 5 dekabr 1984 (41 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| İxtisası | iqtisadçı |
| Rütbəsi | 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri |
Orxan Faiq oğlu Nəzərli (5 dekabr 1984, Ağdam) — İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri.
Həyatı və fəaliyyəti
1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub.
2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.
Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005–2015-ci illərdə Azərbaycanda yerləşən audit firmasında çalışıb.
2014-cü ildə ABŞ-nin Alyaska ştatında sertifikasiyadan keçib mühasibatlıq üzrə lisenziya alıb.
2015–2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016–2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.
2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
2024-2025-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə seçilib.
12 fevral 2026-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi verilib.
Ailəlidir, 3 övladı var.
- 5 dekabrda doğulanlar
- 1984-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Ağdamda doğulanlar
- Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları
- 2-ci dərəcəli dövlət vergi xidməti müşavirləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın vergilər nazirləri
- Azərbaycan iqtisadçıları
- Azərbaycanın dövlət xadimləri