Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Tofiq Hüseynli, Tofiq Hüseynov və ya Qara Tofiq (1952, Qovlar, Tovuz rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992), sabiq Kənd təsərrüfatı naz

Tofiq Hüseynli

Vikipediya, azad ensiklopediya
Tofiq Hüseynli
Şəxsi məlumatlar
Doğum tarixi 1952(1952) (73–74 yaş)
Doğum yeri
  • Qovlar, Tovuz rayonu, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (–1990),
  • Azərbaycan Xalq Cəbhəsi (1990–1995),
  • Müsavat Partiyası (1995–2014)
Təhsili
  • Azərbaycan Texniki Universiteti

Tofiq Hüseynli, Tofiq Hüseynov və ya Qara Tofiq (1952, Qovlar, Tovuz rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992), sabiq Kənd təsərrüfatı naziri (1993), Müsavat Partiyasının sabiq başqan müşaviri.

Həyatı

1952-ci ildə Tovuz rayon Qovlar qəsəbəsində anadan olub. 1977-ci ildə Politexnik İnstitunun texnologiya fakültəsini bitirib və həmin ildən Tovuz rayon İstehsalat Kombunatında Texniki-Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978–1979-cu illərdə 98 saylı Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini işləyib.

Siyasi fəaliyyəti

1989-cu ildə Azərbaycan Xalq Hərəkatına qoşulmuşdur. 20 yanvar 1990-cı ildə Kommunist Partiyasının üzvlüyündən imtina etmişdir.

Tovuzda AXC şöbəsinin təşkilatçılarından və liderlərindən olmuşdur.

1991-ci ilin aprel ayından Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyib.

1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

4 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərüfatı naziri təyin edilib.

1993-cü ilin iyun ayında Qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub

25 mart 1994-cü ildə həbs olunmuşdur. 18 yanvar 1995-ci ildə azadlığa buraxılmışdır.

Həbsdən çıxdıqdan sonra Müsavat Partiyasına üzv olmuşdur. Müxtəlif dövrlərdə partiyanın Məclis, Divan üzvü və Başqan müşaviri vəzifələrində çalışmışdır. 15 oktyabr 2014-cü il tarixində, Müsavat Partiyası başqanlıq seçkilərinin ardından Tofiq Hüseynlinin də daxil olduğu Müsavat Partiyası Tovuz Rayon Təşkilatı tam tərkibdə partiyadan istefa vermişdir.

İsveçrədə yaşayır. Ailəlidir, 2 övladı var.

Üst