Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çəhrayı qutan (lat. Pelecanus onocrotalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə ai

Çəhrayı qutan

Vikipediya, azad ensiklopediya
Çəhrayı qutan
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Phaethoquornithes
Klad:
Aequornithes
Dəstə:
Qutankimilər
Fəsilə:
Qutanlar
Cins:
Qutan
Növ:
Çəhrayı qutan
Beynəlxalq elmi adı
  • Pelecanus onocrotalus L., 1758[…]

Çəhrayı qutan (lat. Pelecanus onocrotalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü.

Ümumi xarakteristikası və görkəmi

Kütləsi 7,5–9 kq-dır. Sürü halında yaşayırlar. Rəngi çəhrayıyaçalan-ağdır. Qanadlarının ucu qaradır. Başının arxa tərəfində bir topa sivri lələkdən ibarət tac var. Dimdiyi çox uzundur və altında boğaz kisəsi vardır. Suda üzərkən və uçuş zamanı boynunu "s" hərfi formasında saxlayır. Yaxşı üzür, lakin hava kisələrinin çoxluğu və skeletin pnevmatikliyinə görə suya dala bilmir. Quruda çətin gəzir. Səsi boğuq-bağırtılıdır.

Yayılması

Əsasən Afrikanın ekvatorial hissəsində, Cənubi Avropada, Ön və Mərkəzi Asiyada yuvalayır. Qara və Xəzər dənizində, İranda, İraqda, Misirdə qışlayır. Xəzər dənizinin Azərbaycan hissəsinin bütün sahil zolağı boyu rast gəlinir. Qızılağac Dövlət Təbiət Qoruğunun su hövzələri və Kürün mənsəbinə həmsərhəd Xəzərin sahil suları əsas qışlama yerləridir.

Sayı

Qızılağac Dövlət Təbiət Qoruğunun su hövzələrində qışda 1980-ci ildə 40, 1982-ci ildə 6, 1999-cu ildə 99, 2004-cü ildə 20, 2005-ci ildə 210, 2006-cı ildə 720 fərdi, Kürün mənsəbində isə 1999-cu ildə 40 fərdi qeydə alınmışdır. Xəzərin Cənubi-Şərqi Şirvan, Abşeron-Qobustan və Samur-Dəvəçi sahil zolağında tək-tək fərdlərinə rast gəlinir. Arealının şimal hissəsində qış sərt keçdikcə Xəzərin Azərbaycan hissəsində sayı artır.

Çoxalması

Əsasən koloniya halında, bəzən ayrı-ayrı cütlər şəklində yuvalayır. Yuvalarını su hövzələrinin qarğı və qamışlıqlarında qururlar. Yuvaya 2 ədəd ağ rəngli yumurta qoyur. Kürtyatma 33 gün davam edir. Əsasən dişi kürt yatır, erkək onu gecə və səhər əvəz edir. Balanın yumurtadan çıxdığı ilk gündən valideynlər onları qusuntu ilə qidalandırır. Balalar artıq 5-ci gün kiçik balıqlarla qidalana bilir.

Statusu

Qışlayan və ötüb keçən quşdur. Azərbaycanın Qırmızı kitabına daxil edilib.

Şəkillər

Həmçinin bax

Üst