| Gülnarə Qurbanova | |
|---|---|
| 24 noyabr 1995 – 12 noyabr 2000 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 10 mart 1953 (73 yaş) |
| Partiya |
|
| Təhsili |
|
| Atası | Şıxəli Qurbanov |
Gülnarə Şıxəli qızı Qurbanova (10 mart 1953) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Həyatı
Gülnarə Qurbanova 1953-cü il martın 10-da Şıxəli və Xavər Qurbanovların ailəsində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano şöbəsində təhsil alıb. Fəlsəfə elmləri doktorudur. İngilis və rus dillərini bilir.
Fəaliyyəti
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 8 nömrəli Yasamal III dairəsindən bitərəf namizəd olan Gülnarə Qurbanova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Gülnarə Qurbanova Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur.
- 10 martda doğulanlar
- 1953-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Bakı Musiqi Akademiyasının məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin I çağırış deputatları
- Azərbaycanın qadın siyasətçiləri
- Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları
- Oktyabr Rayon Xalq Deputatları Sovetinin deputatları