Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

I Klement — 4-cü Roma papası olaraq bilinir. Bəzi mənbələrə görə 88-97-cu illər aralığında Roma Papası olaraq fəaliyyət göstərmişdir. İmperator Trayanın dövründ

I Klement

Vikipediya, azad ensiklopediya
I Klement
lat. Clemens PP. I Romanus
Şəxsi məlumatlar
Doğum tarixi I əsr
Doğum yeri Roma, İtaliya, Roma İmperiyası
Vəfat tarixi 99(0099)
Vəfat yeri Taurika, Roma İmperiyası (indiki-Krım, Ukrayna/Rusiya
Vəfat səbəbi Xəstəlik
Dəfn yeri Müqəddəs Pyotr bazilikası
Fəaliyyəti ilahiyyatçı, katolik keşişi[d]
Atası Tit Flavi Sabin
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Klement — 4-cü Roma papası olaraq bilinir. Bəzi mənbələrə görə 88-97-cu illər aralığında Roma Papası olaraq fəaliyyət göstərmişdir. İmperator Trayanın dövründə edam edilmiş və şəhidlik zirvəsinə ucalmışdır.

Papalıq hakimiyyəti Sələfi Xələfi
88 - 97 Klet Evarist

Həyatı

Papa Müqəddəss I Klement haqqında kifayət qədər məlumat tapılmamışdır. Papalığdan əvvəlki həyatına dair məlumatlar çox azdır. Papa Pyotr dövründə, Roma Yepiskopluğunu idarə etdiyinə dair sənədlər var. Bu yepiskopluq dövründə, ona müqəddəs ünvanını uyğun görmüşdülər. Yepiskopluğ dövründə, xristianlığı uyğun bir dillə insanlara izah etmiş və insanlara xristianlığı sevdirmişdi. Bu səbəbdən xalq arasında tolerantlıq, sevgi və hörmət qazanmışdı.

Papa Pyotr, şəhid edilincə onun yerinə gələn 2 papa (Linus, Anakletus) vəzifəyə təyin olunmuşdu. Təxmin edilənlərin əksinə, onlara qarşı papa haqqı iddiasında olmayıb. Bu səbəbdən, papalar arasında ən səbirli və xoşgörüşlü papa olaraq bilinərdi.

Papalıq dövrü

Anqlikan kilsəsi və Lüteran kilsəsi, ilk qurulduğu əsrlərdə papanı müqəddəs sayırdılar. Ortodokslar, 24 noyabr - 25 noyabr aralığında Papa I Klementin anım gününü qeyd edirlər.

Papa I Klement, yüksək kilsə vəzifəlilərinə yazdığı məşhur məktubunda yaşlılara yaxşı davranılmasını, yoxsullara kömək əlinin uzadılmasını, köməkləşmə və həmrəylik kimi bir sıra nəsihətlər etmişdir. Klement, papalar arasında ilk papa tacını və papalıq paltarlarını geyinməsi tanınan papa olmuşdur. Ondan sonra, papalar bu paltarları və tacı geyinirlər.

Ölümü

Xristian düşmənliyi azalsa da Romada hələ davam edirdi. IV əsrdə yazılan bir sənədə əsasən Papa I Klement imperator Trayan dövründə gəmi ilə Taurikaya, Krıma sürgünə göndərilmişdir. Krıma çatanda bir daş ocağında işə yollanmışdır. Oradakı həbs-sürgünlərin susuzluq çəkdiyini görmüş və xəyalında "quzu" gördüyü bir təpədə olan yerə bir balta ilə vurub su çıxartmışdır. Bu hadisədən sonra orada yaşayanların çoxu xristianlığı qəbul etmişdilər. Bu səbəblə edama məhkum edilmiş və limanda olan bir gəmidə papa I Klementin boynuna gəmi çapasını dolayıb çapayı dənizə atmışdılar və I Klement beləcə öldürülmüşdür. Lakin bu sənəddən daha əvvəl yazılmış olan Xristian kilsəsinin ilk Dönəm tarixini yazan kitablarda (Yevsevi və Müqəddəss Yerom) bunu "Xristian şəhidlik" hekayəsi olaraq verilmir.

Həmçinin bax

Üst