Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sahib Eyvaz oğlu Alıyev (24 avqust 1964, Aşağı Şorca, Basarkeçər rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI

Sahib Alıyev

Vikipediya, azad ensiklopediya
Sahib Alıyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
29 noyabr 2010-cuildən
Seçki dairəsiIV, V və VI çağırış — 95 saylı Tərtər
VII çağırış — 93 saylı Ağdaş
Şəxsi məlumatlar
Doğum tarixi 24 avqust 1964(1964-08-24) (61 yaş)
Doğum yeri
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d],
  • Moskva Dövlət Universiteti
Fəaliyyəti jurnalist, siyasətçi

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2008
"Şöhrət" ordeni "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Sahib Eyvaz oğlu Alıyev (24 avqust 1964, Aşağı Şorca, Basarkeçər rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI və VII çağırış deputatı (2010-cu ildən), Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2008).

Həyatı

Sahib Eyvaz oğlu Alıyev 24 avqust 1964-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib. 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişdir.

"Lider" televiziyasının siyasi icmalçısı olub.

Siyasi fəaliyyəti

Sahib Alıyev 1992-ci il prezident seçkilərində prezidentliyə namizədlər arasında keçirilmiş debat verilişinə aparıcılıq etmişdir.

2010-cu, 2015-ci və 2020-ci illərdə 95 saylı Tərtər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış, V çağırış və VI çağırış deputatı, 2024-cü ildə isə 93 saylı Ağdaş seçki dairəsindən VII çağırış deputatı seçilib.

Sahib Alıyev Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Təltifləri

  • Azərbaycan Respublikasının Əməkdar jurnalisti — 4 noyabr 2008
  • "Şöhrət" ordeni – 30 dekabr 2023
Üst