Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şimali Dakota (ing. North Dakota) — ABŞ-nin mərkəzi hissəsinin şimalında yerləşən ştat "şimal-qərb mərkəzi" adlandırılan ştatlardan biridir. Əhalisi 723 393 nəf

Şimali Dakota

Vikipediya, azad ensiklopediya
Şimali Dakota
ing. North Dakota
Ştat
Şimali Dakota bayrağı Şimali Dakota gerbi
Bayraq Gerb
Təxəllüsü:
"Sülh Bağı ştatı"
ABŞ xəritəsində Şimali Dakota
ABŞ xəritəsində Şimali Dakota
PaytaxtıBismark, Şimali Dakota
Ən iri şəhəriFarqo
Ərazisi19-cu (ABŞ üzrə)
  Ümumi mil²
(183.272 km2)
  Eni mil ( km)
  Uzunluğu mil ( km)
  % su2,4
Əhalisi48-ci (ABŞ üzrə)
  Ümumi672.591
  Sıxlıq/mil²  (3,58 nəfər/km2)
(ABŞ üzrə)
Yüksəklik
  Maksimal yüksəklik
 ft (1.069 m)
  Orta yüksəklik ft  (580 m)
  Minimal yüksəklik{{{Minimal yüksəklikABŞ}}} ft (229 m)
İttifaqa qəbul2 noyabr 1889 (39)
Qanunverici hakimiyyət
ABŞ Palata nümayəndələriSiyahı
AbbreviaturaND

Şimali Dakota (ing. North Dakota) — ABŞ-nin mərkəzi hissəsinin şimalında yerləşən ştat "şimal-qərb mərkəzi" adlandırılan ştatlardan biridir. Əhalisi 723 393 nəfərdir (ştatlar arasında 48-ci yer; 2013-cü il məlumatları; ABŞ əhalisinin 0,21%-i). Onlardan 50,1% qadınlar, 49,9%-ni isə kişilər təşkil edir. Etnik tərkibi: almanlar — 43,9 %, norveçlilər — 30,1 %, irlandlar — 7,7%, hindilər, isveçlilər, ingilislər və fransızlar — 5%. Ruslar — 25 min nəfərdir. Ailə üzvlərinin orta sayı 3-dir.

Dövlətin paytaxtı Bismark şəhəridir. Farqo - ştatın ən böyük şəhəri, digər böyük şəhərlər isə Qrend Forks və Maynotdur.

Ştatın ərazisində ABŞ Hərbi Hava Qüvvələrinin iki aviabazası — Maynot şəhərindən 21 km şimalda yerləşən "Minot" və Qrend-Forks şəhərindən 26 km qərbdə yerləşən "Qrend-Forks" aviabazaları yerləşir.

Həmçinin, ştatdaki yüksək sayda neft yataqlarının kəşf edilməsi, bu ştatdaki işsizliyi ciddi dərəcədə aşağı salmışdır.

Rəsmi ləqəbi - "Flikertail Ştatı" (ing. Flickertail State)-dir.

Üst