| Azad Şərifov | |
|---|---|
| Azad Ağakərim oğlu Şərifov | |
| |
"Azərinform" direktoru | |
| 1986 – 1988 | |
| Əvvəlki | Rafiq Zeynalov |
| Sonrakı | Fikrət Sadıqov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 7 aprel 1930 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 24 dekabr 2009 (79 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | yazıçı, jurnalist, publisist |
| Atası | Ağakərim Şərifov |
Azad Ağakərim oğlu Şərifov (7 aprel 1930, Bakı – 24 dekabr 2009, Bakı) — Azərbaycan kino və mətbuat xadimi, publilist, jurnalist. 1986–1988-ci ildə "Azərinform"un direktoru.
Həyatı
7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub. Atası Ağakərim Şərifov şərqdə Cəfər Cabbarlı adına ilk teart muzeyinin yaradıcısı idi. 1949-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, lakin burada təhsil aldığı illərdə jurnalist peşəsinə sevgisinə görə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə keçmiş və buranı bitirmişdir.
Azad müəllimin 19 yaşında ikən "Molodyoj Azerbayjana" qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edir. "Azərbaycan bədən tərbiyəçisi" ("Fizkulturnik Azerbayjana") qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunur. Bir müddət sonra "Pionerskaya pavda"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə "Molodyoj Azerbayjana" qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru kimi tarixə düşür.
Peşəkarlığı və kollektivdəki yüksək idarəçilik xüsusiyyəti ilə seçilən A. Şərifov bir il sonra Moskvaya Ümumittifaq Leninçi Komsomol Gənclər İttifaqına nəşriyyat bölməsinə dəvət olunur. Tezliklə məşhur "Vokruq sveta" jurnalında baş redaktorun müavini vəzifəsini tutur. A. Şərifovun bu jurnalda Türkiyəyə aid oçerkləri janrın müasir jurnalistikamız üçün də dolğun nümunələri kimi sayılır. Məhz bu materiallar "İzvestiya" qəzetinin diqqətini cəlb edir. Nəşrin rəhbərliyi onu Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbir vəzifəsinə dəvət edir.
1969-cu ildən Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinin müdiri kimi fəaliyyətə başlayan A. Şərif 1979-cu ildən Dövlət Kinematoqrafiya Komitəsində sədr vəzifəsində çalışır. Görkəmli jurnalistin doğma peşəsinə qayıdışı 1988-ci ilə təsadüf edir. Həmin il o, "Azərinform" informasiya agentilyinin (indiki "AzərTAc" Dövlət Teleqraf Agentliyi) baş direktoru vəzifəsinə təyin olunur.
Azad Şərifovun müxtəlif illərdə çapdan çıxmış 20-dən artıq kitabın, yüzlərlə elmi məqalənin müəllifidir. Onun bir-birindən maraqlı məqalələri tez-tez "Bakinski raboçi" qəzetində, eləcə də ittifaq miqyaslı "Literaturnaya qazeta", "Sovetskaya kultura", "Komsomolskaya pravda" qəzetlərində dərc edilir, hər dəfə də oxucular tərəfindən böyük maraqla qarşılanırdı.
24 dekabr 2009-cu ildə Bakıda vəfat etmişdir.
Kitabları
- Yeni həyatın pionerləri. Bakı: Uşaqgəncnəşr, 1958.
- Uzaq meridianlardakı görüşlər (rus. Встречи на далеких меридианах: Из записной книжки журналиста). Bakı: Gənclik, 1967.
- Mavi gəminin kapitanı. Bakı: Azərnəşr, 1964.
- Bosfor üzərində qağayılar (rus. Чайки над Босфором (путевые заметки)). Bakı: Gənclik, 1991.
- İ. Qayıbov, A. Şərifov. Erməni terrorçuluğu (rus. Армянский терроризм). Bakı: Azərbaycan, 1991.
- Müxtəlif şeylər haqqında müxtəlif şeylər (rus. Разное о разном (рассказы)). Bakı: Azərbaycan, 1995.
- General Arif Heydərov. Naşir: E. Şahmar; Çapa hazırlayanlar: A. Şərif, C. Əlibəyov. Bakı: Elm və həyat, 1996; Əbilov, Zeynalov və oğulları, 2006 (ikinci nəşri).
- Xarici ölkələrin kütləvi informasiya vasitələri (məlumat kitabı). Tərtib ed.: V. Səmədov, A. Şərif. Bakı: Azərbaycan, 1997.
- C. Əlibəyov, A. Şərif. Xalq ücün yaşanmış ömür - 85. Bakı: Elm və həyat, 2000; 2005 (ikinci nəşri).
- V. Səmədov, A. Şərif. Bakıdan olan Neft Kralı (rus. Нефтяной король из Баку). Bakı: Əbilov, Zeynalov və oğulları, 2003.
- Geriyə baxmaq zamanı (rus. Время оглянуться назад: По материалам опубликованные в газете "Зеркало" 2001-2005 годах). Bakı: Əbilov, Zeynalov və oğulları, 2005.
- Geri baxmaq, amma dayanmamaq (rus. Оглянуться, но не остановиться). Bakı: Əbilov, Zeynalov və oğulları, 2006.
- XX əsr Azərbaycanının yaradıcı nəsilləri. Bakı: Əbilov, Zeynalov və oğulları, 2007.
- ...Və illər keçir - geri qaytarıla bilməyən ən yaxşı illər... (rus. ...А годы уходят - все лучшие годы, которых уже не вернуть...). Bakı: Apostrof, 1995.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 04.04.1980
- 7 apreldə doğulanlar
- 1930-cu ildə doğulanlar
- Bakıda doğulanlar
- 24 dekabrda vəfat edənlər
- 2009-cu ildə vəfat edənlər
- 79 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları
- Bakı Dövlət Universitetinin məzunları
- Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəhbərləri
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycan jurnalistləri
- Azərbaycanlı jurnalistlər
- Azərbaycan memuarçıları
- Azərbaycan publisistləri
- Azərbaycanlı publisistlər
- Azərbaycan ssenaristləri
