| Zerkalo | |
|---|---|
| | |
| Yaranma tarixi | 1 avqust 1990 |
| Dil | rus dili |
| Nəşrini dayandırıb | 1 iyun 2014 |
| zerkalo.az | |
Zerkalo — Azərbaycanda müstəqil ictimai–siyasi və iqtisadi xəbər saytı, keçmiş qəzet. Azərbaycanda və dünyada idmanı, mədəniyyəti, tarixini işıqlandırır. Məzmunu yalnız rus dilindədir.
"Zerkalo" qəzeti gündəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində həftədə bir dəfə işıq üzü görməsi qərara alınmışdı, lakin nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır.
2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan etmişdir..
- Əlifba sırasına görə qəzetlər
- 1990-cı ildə yaranan qəzetlər
- 2014-cü ildə nəşri dayanan qəzetlər
- Azərbaycan qəzetləri
- Rus dilində qəzetlər