Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rafiq Əliəşrəf oğlu Əzimov (6 fevral 1938, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000), "Şöhrət" ordenli (2018).

Rafiq Əzimov

Vikipediya, azad ensiklopediya
Rafiq Əzimov
Doğum tarixi 6 fevral 1938(1938-02-06) (88 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti teatr və kino aktyoru
Fəaliyyət illəri 1962-ci ildən
Mükafatları "Şöhrət" ordeni — 2018
Azərbaycan SSR əməkdar artisti — 1982 Azərbaycan Respublikasının xalq artisti — 2000 "Sənətkar" medalı

Rafiq Əliəşrəf oğlu Əzimov (6 fevral 1938, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000), "Şöhrət" ordenli (2018).

Həyatı

Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 1964-cü ildə ailə həyatı qurub.

10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.

Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dibdat bəy" (Dibdat bəy), "Göz həkimi" (İvanov), "Ordan-burdan" (İsmayıl) teletamaşalarında oynayıb.

Prezident təqaüdçüsüdür.

2013-cü ildə rejissor Sənan Sultanovun quruluşunda Azərbaycan Televiziyasında Rafiq Əzimovun həyat və yaradıcılığına həsr olunmuş "Sənət sevgisi" filmi çəkilmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 28 oktyabr 2000
  • Cəfər Cabbarlı mükafatı — 2010
  • "Sənətkar" medalı
  • "Şöhrət" ordeni — 2 fevral 2018
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005
  • Azərbaycan Respublikası Prezidentinin III dərəcəli mükafatı — 26 iyul 2002

Teatr səhnəsindəki rolları

Filmoqrafiya

Aktyor kimi

  • Əmək və qızılgül (film, 1962) (tammetrajlı bədii film)
  • Mənim əziz atam (1970) (tammetrajlı bədii film) (Rusiya)
  • Sevil (film, 1970) (tammetrajlı bədii film) (rol: zabit)
  • Yeddi oğul istərəm... (film, 1970) (tammetrajlı bədii film) (rol: Şahsuvar)
  • Xatirələr sahili (film, 1972) (tammetrajlı bədii film) (rol: Vəli)
  • Qızıl qaz (film, 1972) (tammetrajlı bədii film) (rol: Gündüz)
  • Ömrün ilk saatı (film, 1973) (tammetrajlı bədii film) (rol: Sadıq)
  • 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) (rol: Qaqaş dayı)
  • Ad günü (film, 1977) (tammetrajlı bədii film) (rol: Səlim)
  • Arxadan vurulan zərbə (film, 1977) (tammetrajlı bədii film) (rol: Hüseynov)
  • Vulkana doğru (film, 1977) (üçseriyalı bədii film) (rol: Cabbarov)
  • Babək (film, 1979) (tammetrajlı bədii film) (rol: mirzə)
  • Mən mahnı qoşuram (film, 1979) (tammetrajlı bədii film) (rol: kənd sakini)
  • Axtaran tapar (film, 1980)
  • Topal Teymur (film, 1983) (televiziya tamaşası) (rol: Əli paşa)
  • Mənim günahım (1985) (televiziya tamaşası)
  • Göz həkimi (televiziya tamaşası) (rol: İvanov)
  • Astana (film, 1986)
  • Bircəciyim (film, 1986) (tammetrajlı bədii film) (rol: Musa)
  • Şəhərli biçinçilər (film, 1986) (tammetrajlı bədii film) (rol: Əliş)
  • Ordan-burdan (1987) (televiziya tamaşası) (rol: İsmayıl)
  • Unudulan adam (1987) (televiziya tamaşası)
  • Son döyüş (film, 1996) (tammetrajlı bədii film) (vəkil)
  • Nigarançılıq (1998) (televiziya tamaşası)
  • Otel otağı (film, 1998) (tammetrajlı bədii film) (rol: türk alim)
  • Nə gözəldir bu dünya... (film, 1999) (tammetrajlı bədii film) (rol Arif)
  • Atillanın atlıları (film, 2002)
  • 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) (rol: Sabir dayı)
  • Absurdistan (film, 2008) (tammetrajlı bədii film) (Almaniya) (rol: dülgər)
  • Bir ovuc torpaq (film, 2009) (tammetrajlı bədii televiziya filmi) (rol: münəccim)
  • Cavad xan (film, 2009) (tammetrajlı bədii film) (rol: mirzə)
  • Buta (film, 2011) (tammetrajlı bədii film) (rol: Baba)
  • Bəlkə də... (film, 2025) (tammetrajlı bədii film) (rol: Albert Eynşteyn)

Səsləndirdiyi filmlər

  • İyirmialtılar (film, 1966) (tammetrajlı bədii film) (rus)
  • Yaşamaq gözəldir, qardaşım! (film, 1966) (tammetrajlı bədii film) (Si Ya-u)
  • Dağlarda döyüş (film, 1967) (tammetrajlı bədii film) (Oleq)
  • Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film) (Murad)
  • Bir cənub şəhərində (film, 1969) (tammetrajlı bədii film) (Sabir)
  • Qatır Məmməd (film, 1974) (tammetrajlı bədii film) (kəndli)
  • Qızıl uçurum (film, 1980) (tammetrajlı bədii film) (Qüdrət)
  • Qara gölün cəngavərləri (film, 1984) (tammetrajlı bədii film) (Əbdüləli)
  • Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film) (Əhməd)
  • Qanlı zəmi (film, 1985) (tammetrajlı bədii film) (tacir)
  • İşarəni dənizdən gözləyin (film, 1986) (tammetrajlı bədii film) (müsavatçı)
  • Təxribat (film, 1989) (tammetrajlı bədii film) (vəkil)
  • "Yapon" və yaponiyalı (film, 1990) (Məlik-Babanov)
Üst