| Hikmət Mirməmmədli | |
|---|---|
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 20 mart 1961 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 22 may 2007 (46 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | ürək tutması |
| Həyat yoldaşı |
|
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | bəstəkar |
| Fəaliyyət illəri | 1982-ci ildən |
| Janr | muğam |
| Musiqi aləti | fortepiano |
| Mükafatları | |
Hikmət Mirməmmədli (20 mart 1961, Bakı – 22 may 2007, Bakı) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi və bəstəkarı, kino bəstəkarı.
Həyatı
Əməkdar incəsənət xadimi Hikmət Mirməmmədli 22 may 2007-ci ildə ürək tutmasından vəfat edib.
Ailəsi
- Bəstəkar Nailə Mirməmmədlinin həyat yoldaşı olmuşdur.
Mükafatları
2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Yaradıcılığı
Hikmət Mirməmmədli bir-birindən gözəl bəstələri ilə tanınmışdır. Həyat yoldaşı, bəstəkar Nailə Mirməmmədli ilə birgə yazdıqları mahnıları əvvəlcə adlarını bildirmədən dinləyicilərin ixtiyarına verirdilər. Musiqi təhsilinin olmamasını özləri üçün qəbahət sayırdılar. Tofiq Quliyevdən bəstəkarlıq dərsləri aldıqdan sonra, dinləyicilər və müğənnilər yeni musiqi inciləri ilə tanış olmaq imkanı əldə etdilər. Azərbaycanın məşhur müğənnilərinin əksəriyyəti bu gözəl bəstəkar cütlüyün mahnılarını ifa ediblər. Az yaşamağına baxmayaraq, Hikmət Mirməmmədli yaradıcılığı zəngin olan bəstəkarlarımızdandır. "Düşüncələr", "Sənli-sənsiz günlərim", "Sən oldun", "Röyan olum", "Azərbaycan", "Dünya boyda məhəbbətim" onun yaradıcılığında bir damladır.
Filmoqrafiya
- Böyük ömrün davamı (film, 2007)
- Pərvanələrin rəqsi (serial, 2012)
- 20 martda doğulanlar
- 1961-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 22 mayda vəfat edənlər
- 2007-ci ildə vəfat edənlər
- 46 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycanın əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə musiqiçilər
- Azərbaycan bəstəkarları
- Film bəstəkarları
- Ürək tutmasından ölənlər