Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir

Azər Aydəmir

Vikipediya, azad ensiklopediya
Azər Aydəmir
Azər Rauf oğlu Aydəmir
Doğum tarixi 24 iyul 1986(1986-07-24) (39 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aktyor, ssenarist, prodüser
Fəaliyyət illəri 2009-cu ildən
IMDb ID6413655

Azər Aydəmir (24 iyul 1986, Bakı) — Azərbaycan aktyoru, ssenaristi, prodüseri.

Həyatı

Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir, 1 övladı var.

Aktyorun əsli Xızıdandır. Atası yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən.

Fəaliyyəti

Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil almışdır. Köç və karyera artımı səbəblərindən birinci kursda təhsildən ayrılmışdır. İlk fəaliyyət illərində Azəravtoyol QSC nin nəznində olan, "Azərbaycan Yolları", "Zirvə Yolu", "Revanş" qəzetlərində müxbir kimi çalışmışdı. Sonradan tanınmış neft jurnalı olan "Caspian Energy" də, müxbir və reklam meneceri kimi fəaliyyət göstərmişdi. 2005-ci ildən bir sıra avtomobil şirkətlərində PR və Marketing meneceri vəzifəsində çalışıb. 2008-ci ildə Zirvə Motors (İsuzu) Şirkətinin direktoru işləyib.

2005-ci ildən 2014-cü ilə kimi paralel olaraq restoran və otelcilik fəaliyyəti ilə məşğul olub. Bakının tanınmış karaoke klublar şəbəkəsinin (Z CLUB) əsasını qoyub. İctimaiyyət tərəfindən tələbolunan tədbirlər təşkilatçı kimi fəaliyyət göstərib.

2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. İlk olaraq bir sıra reklam və kliplərdə çəkilən Azər Aydəmir 2010-cu ildən mütəmadi olaraq filmlərə, seriallara çəkilir. O, 2012-ci ildə "Xoca" filmində Yuri Kovalyov obrazı ilə tanınıb. Buna baxmayaraq aktyor fəaliyyətini ilk olaraq İctimai Televiziyada yayımlanan "Döngələr" serialı ilə başlayıb. Hal-hazırda aktyor 50-dan çox filmdə çəkilib.

Azər Aydəmir 2018-ci ildən etibarən bir sıra film və serialların, ssenari müəllifi kimi də çıxış edir. 2019-cu ildən Azercell şirkətinin uğurlu rebrendinqindən sonra, Azər Aydəmir Azercell Telekomun rəsmi səsi seçilib. Aktyorluq fəaliyyəti ilə paralel olaraq, hal-hazırda Azər Aydəmir, İctimai Televiziyanın rəsmi səsi və simalarından biridir. Həmçinin A. Aydəmir Çex respublikasının avtomobil markası olan Skoda brendinin Azərbaycan üzrə səfiri olmuşdur. Ölkə üzrə sima üzərindən marketinq və "səfirlik" fəaliyyəti bir ilk, həmçinin uğurlu sayıldığına görə A. Aydəmir 01.08.2025 ci il tarixdən etibarən Mercedes-Benz markası ilə uzun müddətli sima anlaşması imzalamaşdır və uğurlu keçid etmişdir. İctimai Televiziya ilə fəaliyyəti isə gündəlik sosial-analitik Sabaha Saxlamayaq axşam tok-şousunun aparıcılığı ilə başlayıb. (2019–2021) Bundan əlavə (Discovery Science) tv kanalının "How the universe works" lisenziyalı layihəsinin İctimai TV də yayımlanan "Kainat necə qurulub" verilişinin Azərbaycan versiyasına aparıcılıq edib. Azər Aydəmir ssenarist və aktyor olmaqla paralel 2025 ci ildən başlayaraq ciddi şəkildə prodüserlik sənətinə də maraq göstərir və 01.01.2025 ci il tarixdə "Aydemir Entertainment" MMC şirkətinin əsasını qoyur. Şirkətin gələcək planları Azərbaycanda keyfiyyətli kontent (filmlər və seriallar) istehsal etməkdir. Şirkətin ilk məhsulu rejissor və ssenarist Əlixan Rəcəbovun ərsəyə gətirdiyi "Kabab, Şərab, Hesab" qara komediyasıdır. Azər Aydəmir həmçinin psixologiya və ezoterika ilə yaxından maraqlanır. Onun hər həftə AvtoFm 107.7 dalğasında yayımlanan "Qarışıq Fəlsəfə" layihəsi inancsız və dinə skeptik yanaşan insanlarda böyük maraq oyadıb və yüzlərlə insanın yenidən özünə və həyata sevgisini bərpa edib. Həmin verilişdə aktyor ezoterik fəlsəfi söhbətlər edir.

Mükafatları

"Müasir Audiovizual Baxış" mükafatı — 26 yanvar 2022

Filmoqrafiya

Aktyor kimi

  1. Ağabəyovlar (film, 2012-2014) (bədii serial) – Kamran Ağabəyov
  2. Döngələr (teleserial, 2012) (bədii serial) – Kürən
  3. Xoca (film, 2012) (tammetrajlı bədii film) – Yuri Kovalyov
  4. Həyat çiçəyi (film, 2013) (bədii serial) – Yunis
  5. Tək olanda qorxma... (teleserial, 2013) (bədii serial) – Yevgeni
  6. Mən evə qayıdıram (film, 2014) (tammetrajlı bədii film) – baş leytenant Timur Losev
  7. Sərnişin (qısametrajlı film, 2014) – Avtomobilli yolcu
  8. Bakı, mən səni sevirəm (film, 2015) (kinoalmanax) – Oqtay
  9. Dərs (film, 2015) (tammetrajlı bədii film) – Oqtay
  10. Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film) – Cəmilin dostu
  11. Xəzər Atlantidası (film, 2015) (qısametrajlı bədii film) – Oqtay
  12. Qanlı Yanvar (film, 2015) (tammetrajlı bədii film) – Mehdi
  13. Zabit şərəfi (film, 2015) (qısametrajlı bədii film) – Seymur
  14. Sənin deyil (film, 2016) (bədii serial) – Vüqar
  15. Qayıdış (film, 2016) (tammetrajlı bədii film) – Arif
  16. Məryəm (teleserial, 2016) (bədii serial) – Zaur
  17. Pərdə (film, 2016) (tammetrajlı bədii film) – Fuad
  18. Postskriptum (film, 2016) (qısametrajlı bədii film) – Robert Nobel
  19. Don Marleone (film, 2017) (tammetrajlı bədii film) – Mayor Ərəstun
  20. Şekspir (film, 2017) (qısa metrajlı film) — Ər
  21. Xənnas (film, 2017) (tammetrajlı bədii film) – Rus zabiti
  22. Nazlı (film, 2017) (tammetrajlı bədii film) – Gülən adam
  23. Dəniz suyu içən it (film, 2017) – Azər
  24. Kəklikotu (film, 2017) – Polis serjantı
  25. Fəlakət (film, 2018) – Vahid
  26. Əlvida, Şmidt! (film, 2019) – Emil Şmidt
  27. Dağıntılar Altında (teleserial, 2019) – Teymur
  28. Sevgi Romanı (film, 2020) – Xanlar
  29. Yad gəlin (teleserial, 2019) – Yasin
  30. İblis (qısa metrajlı film, 2020) – Çingiz
  31. Luger (qısa metrajlı film, 2020) – Vüqar
  32. Faberge (qısa metrajlı film, 2021) – Administrator
  33. Olimpia (film, 2021) – baş leytenant Dəmir
  34. Həmrəylik Günü (tam metrajlı film, 2022) – Azər
  35. Sonuncu Şam Yeməyi (tam metrajlı film, 2022) – Müasir molla
  36. Əqrəb mövsümü (teleserial, 2022) – Rauf Eyvazov
  37. Həyat, deyəsən, gözəldir (film, 2022) – Masi
  38. Viktoriya (film, 2023) – Zaur
  39. Mən Burada Tək Olmuşam (film, 2023) – Samir
  40. Sərnişinlər (film, 2023) — Taksi sürücûsü
  41. Doğma torpaq (film, 2023) – Patison
  42. Çılpaq (film, 2023) – Çingiz
  43. Apatiya (film) — Aqlay
  44. Alatava (film, 2024) — Vidadi
  45. Ifritə 2-ci seriya (serial, 2024) - Aydın (qonaq aktyor)
  46. Şirin 17 ci bölüm (serial, 2024) - Hikmət
  47. Sifariş (film, 2025) - Mehman
  48. Apatiya 2 (film, 2025) - Aqlay
  49. Əqrəb mövsümü "İki dünya bir olsa da" (teleserial, 2025) - Rauf Eyvazov
  50. Otel Loo (film, 2025) - Murad
  51. Bəlkə də... (film, 2025) - Manyak
  52. Zəfər rəqsi (film, 2025) - Cəlal
  53. Marytale. İnklüziv möcüzələr (film, 2025)
  54. Qırmızı zona (teleserial, 2026) - Rəşad
  55. Kabab, şərab, hesab (film, 2026) - Nazim
  56. Borc (film, 2026) - Azər Rejissor

Prodüser kimi

  1. Kabab, şərab, hesab! (film, 2026)
  2. İşquz dövləti (film, 2026)

Ssenari müəllifi kimi

  1. Sevgi Romanı (film, 2020)
  2. Viktoriya (film, 2022)
  3. O Kafe Storieslər (qısa film, 2023)
  4. Həmrəylik Günü (film, 2023)
  5. Əqrəb mövsümü (teleserial, 2023)
  6. Əqrəb mövsümü "İki dünya bir olsa da" (teleserial, 2025)
  7. Əqrəb mövsümü "Üç meymun" (teleserial, 2026)
  8. İslahat (teleserial, 2026)

Quruluşçu rejissor kimi

  1. O Kafe Storieslər (YouTube filmi)

İkinci Rejissor kimi

  1. Pərdə (film, 2016)
  2. Şər qarışanda (film, 2016)

Aparıcı kimi

  1. "44 gün – Zəfər Yolu" (İTV, 5 hissə, 2020)
  2. Sabaha Saxlamayaq (İTV, 267 buraxılış 2019–2021)
  3. 12-ci Sinif (YouTube layihəsi)
  4. Qarışıq Fəlsəfə (radio layihəsi, AvtoFM-107.7)
  5. Kainat Necə Qurulub – Azər Aydəmirlə (İTV, 36 hissə, 2022–2023)
  6. Qrossmeyster — Heydər Əliyev (İTV, 3 hissə, 2023) — aparıcı
  7. Hər şey yaxşı olacaq (sənədli film) - Aparıcı (İTV, 1 hissə)
  8. Işquz dövləti (sənədli, bədii film) - Aparıcı (MN, ARKA, 2 hissə)

Filmi səsləndirən kimi

  1. Spark. Bəşəri qəhrəman (film, 2017)
  2. Nazik Mətləb – Müəllim (Rüstəm Cəbrayılov) (film, 2021)
  3. Oğul – Əsas mətni səsləndirən, Natiq Qasımovun əziz xatirəsinə (Rej – Karan Singh, İngiltərə) (film, 2022)
  4. Zəhər Tuluğu – Adil "Rus dili versiyası" (Rej – O. Mərdan, T. Yüzbəyov) (film, 2021)
  5. Transilvaniya oteli (cizgi filmi, 2012) – Canavar (İctimai TV)
Üst