Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əli Laricani və ya Əli Ərdəşir Amuli Laricani (fars. علی اردشیر لاریجانی‎; 3 iyun 1958, Nəcəf – 17 mart 2026, Tehran) — İran siyasətçisi, İslam Şurası Məclisini

Əli Laricani

Vikipediya, azad ensiklopediya
Əli Laricani
fars. علی لاریجانی
İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi
5 avqust 2025 17 mart 2026
ƏvvəlkiƏli Əkbər Əhmədian[d]
SonrakıHüseyn Dehqan
15 avqust 2005 20 oktyabr 2007
ƏvvəlkiHəsən Ruhani
SonrakıSəid Cəlili
İranın Məqsədliliyi Müəyyənetmə Şurasının üzvü
28 may 2020 17 mart 2026
17 mart 1997 28 may 2008
İranın İslam Şurası Məclisinin spikeri
5 iyun 2008 28 may 2020
ƏvvəlkiQulaməli Həddad Adil[d]
SonrakıMəhəmməd Baqir Qalibaf
İranın Televiziya və Radio Yayımları İdarəsinin Direktorlar Şurasının sədri
13 fevral 1994 23 may 2004
ƏvvəlkiMustafa Haşimi Rəfsəncani[d]
Sonrakıİzzətulla Zərqami[d]
İranın mədəniyyət və islam dəyərlərinin təşviqi naziri
11 avqust 1992 15 fevral 1994
ƏvvəlkiMəhəmməd Hatəmi
SonrakıMustafa Mirsəlim[d]
İranın İslam Şurası Məclisinin deputatı
28 may 2008 28 may 2020
Seçki dairəsiQum, Kəhək və Cəfərabad[d]
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyun 1958(1958-06-03)
Doğum yeri
  • Nəcəf, Nəcəf mühafəzəsi, İraq
Vəfat tarixi 17 mart 2026(2026-03-17) (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi hava zərbəsi
Dəfn yeri
  • Fatimə-i Məsumə Türbəsi
Partiya
  • İslam Koalisiyası Partiyası[d] (1990–2026)
Təhsili
  • Şərif Texnik Universiteti,
  • Tehran Universiteti
Fəaliyyəti siyasətçi, filosof
Atası Mirzə Haşim Amuli
Uşağı 4
Dini İslam
Hərbi xidmət
Qoşun növü İslam İnqilabı Keşikçiləri Korpusu
Döyüşlər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Laricani və ya Əli Ərdəşir Amuli Laricani (fars. علی اردشیر لاریجانی; 3 iyun 1958, Nəcəf17 mart 2026, Tehran) — İran siyasətçisi, İslam Şurası Məclisinin spikeri (28 may 2008-ci ildən). 2005-ci il avqust ayının 14-dən 2007-ci il oktyabr ayının 20-dək İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi olmuşdur. Şurada İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin nümayəndəsi olmuşdur. O, əsasən milli təhlükəsizlik məsələləri, o cümlədən İranın nüvə proqramı üzrə danışıqlara cavabdeh idi.

Bioqrafiyası

Laricaninin uşaqlığı

3 iyun 1958-ci ildə İraqın Nəcəf şəhərində anadan olmuşdur. Onun atası Ayətullah Mirzə Haşim Amuli Şah Məhəmməd Rza Pəhləvi tərəfindən sürgün edildikdən sonra bu şəhərə gəlmişdir. Onlar 1979-cu ildəki inqilabdan sonra İrana köçmüşlər.

Laricaninin bir çox qohumları tanınmış siyasətçilərdirlər. Onların ailəsi İranın siyasi arenasında tez-tez "İraq qrupu" adlandırılır. Bu qrupa Əlinin özündən başqa, onun kürəkəni Ayətullah Mürtəza Mütəhhəri, Konstitusiyanın Mühafizə Şurasının üzvü olan qardaşı Sadiq Laricani və 2009-cu ilin avqust ayından İran məhkəmə sisteminin rəhbəri olan Məhəmməd Cavad Laricani, digər qardaşları Bağır və Fazil Laricani, eləcə də Məclisin keçmiş üzvü olan Laricaninin əmisi oğlu Əhməd Təvəkkülü daxildir.

Laricani 1980-ci ildə Tehranın Şərif Texnologiya Universitetini riyaziyyat və kompüter elmləri ixtisası üzrə bitirmişdir. O, Tehran Universitetində fəlsəfə üzrə fəlsəfə doktoru dərəcəsi almış və alman filosofu İmmanuel Kant haqqında kitab yazmışdır.

Laricani İranda keçirilmiş prezident seçkilərində 5,94% səslə altıncı yerdə qərarlaşan namizədlərdən biri olmuşdur. O, prezident seçkilərində Mühafizəkarlar Alyansının ən ciddi namizədlərindən biri hesab olunurdu, lakin populyarlığı Mahmud Əhmədinejaddan nəzərəçarpacaq dərəcədə aşağı idi.

1980-ci illərdə o, İslam İnqilabı Keşikçiləri Korpusuna rəhbərlik etmişdir. Haşimi Rəfsəncaninin prezidentliyi dövründə o, mədəniyyət və islami irşad naziri vəzifəsində işləmişdir. 1994–2004-cü illər arasında İranın milli yayım şirkəti olan İran İslam Respublikasının Səsinin prezidenti olmuş və prezident Rəfsəncaninin dövründə İranın mədəniyyət naziri olmuşdur. 2005–2007-ci illər arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi kimi o, İranın nüvə proqramı üzrə aparılan danışıqlar prosesində əsas iştirakçılardan biri olmuşdur. Danışıqlar prosesindəki iştirakı zamanı o, ölkədə və dünyada geniş tanınmışdır. Laricani nüvə texnologiyası məsələlərində heç bir güzəştə getmək istəməmiş və sələfi Həsən Ruhanini həddindən artıq güzəştlərə getdiyinə görə tənqid etmişdir. Lakin sonrakı fəaliyyətləri zamanı o, praqmatik siyasətçi kimi şöhrət qazanmış və bəzi ekspertlər onu danışıqlar prosesi üçün Əhmədinejaddan daha üstün tərəfdaş hesab etmişlər. 2008 və 2012-ci illərdə Qumdan millət vəkili olaraq parlamentə seçilmişdir.

Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş görüşü. Soçi, 22 oktyabr 2015-ci il

2014-cü ildə o, fars dilindən tərcümədə "Rəhbərin ardıcılları" kimi tərcümə olunan "Rəhrovan-e Vilayət" adlı öz partiyasını yaratdığını elan etmişdir. Bəzi siyasi ekspertlər bunu Laricaninin böyük siyasi ambisiyalarının bir sübutu kimi qiymətləndirmişlər.

2024-cü ilin may ayında Laricani 2024-cü il prezident seçkilərində İran Prezidenti vəzifəsinə namizəd kimi qeydə alınmış, lakin İranın Müşahidə Şurası tərəfindən təsdiqlənməmişdir.

Məclis spikeri

2024-cü ildə Əli Laricani

2008–2014-cü illər arasında Laricani İran parlamenti (Məclis) olan İslam Şurası Məclisinin üç dəfə sədri seçilmişdir. Mahmud Əhmədinejadın ikinci prezidentliyi dövründə Laricani ilə prezident arasında sonuncunun dövlətin idarə edilməsindəki rolu ilə əlaqədar olaraq münaqişə yaranmışdır. Parlament prezidenti impiçmentlə hədələmiş, Əhmədinejadın kabinetindəki nazirlərindən birini istefaya göndərmiş, Əhmədinejad isə öz növbəsində Məclisin sədrini korrupsiyada ittiham etmişdir. İran hakimiyyətinin islahatçı qanadının nümayəndəsi hesab olunan Həsən Ruhani İran Prezidenti seçildikdən sonra Laricani yenə də onun təşəbbüslərinin əsas tənqidçilərindən biri olmuşdur. Məsələn, parlament prezident tərəfindən təhsil naziri vəzifəsinə irəli sürülmüş namizədə bir neçə dəfə səs verməkdən imtina etmişdir.

Şəxsi həyatı

Fəridə Mütəhhəri ilə evli olan Əli Laricani İran İslam İnqilabının görkəmli simalarından biri hesab olunan mərhum Ayətullah Mürtəza Mütəhhərinin (1919–1979) kürəkənidir. Onların bu evlilikdən iki oğul (Mürtəza (1984-cü il təvəllüd) və Məhəmməd Rza (1989-cu il təvəllüd)) və iki qız (Fatimə (1980-ci il təvəllüd) və Sara (1983-cü il təvəllüd)) olmaqla ümumilikdə dörd övladı dünyaya gəlmişdir.

Ölümü

2026-cı ildə başlamış İran müharibəsi zamanı 17 mart 2026-cı il tarixində Əli Laricani İsrail Müdafiə Qüvvələri tərəfindən həyata keçirilən hücum nəticəsində öldürülmüşdür.

Üst