| Əflatun Kərimov | |
|---|---|
| Doğum tarixi | 23 noyabr 1941 (84 yaş) |
| Doğum yeri |
|
| Elm sahəsi | tibb |
| Elmi dərəcəsi |
|
| Elmi adı |
|
| Mükafatları | |
Əflatun Xudkar oğlu Kərimov (23 noyabr 1941, Bakı) — tibb elmləri doktoru, professor.
Həyatı
Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960–1966-cı illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub.
1968–1971-ci illərdə Aspiranturaya, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş qəfəsi cərrahiyyəsi kafedrasında oxuyub. 1983–1987-ci illərdə isə Sankt-Peterburq Həkimləri Təkmilləşdirilməsi İnstitutunda doktorluq oxuyub.
1988-ci ildən onkologiya kafedrasında işləyir. Onkologiya kafedrasının professoru, tibb elmləri doktorudur.
1971-ci ildə "Бронхологические методы исследования при различных заболеваниях легких" namizədlik dissertasiyasını, 1989-cu ildə isə "Аспергиллез легких" doktorluq dissertasiyasını müdafiə etmişdir. Kafedranın elmi istiqaməti – süd vəzisinin xərçəngi – klinikası, diaqnostikası, cərrahi müalicəsi və mədə-bağırsaq xərçənginin – klinikası, diaqnostikası, cərrahi müalicəsi. O, 235 elmi əsərlərin və 22 metodik tövsiyələrin müəllifidir.
2015-ci il 19 dekabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adı ilə təltif olunub.
Görkəmli cərrah, tibb elmləri doktoru, professor Bəybala Abbasovun qardaşıdır.
- 23 noyabrda doğulanlar
- 1941-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Tibb elmləri doktorları
- Azərbaycan Respublikasının əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- Azərbaycan həkimləri
- Azərbaycan onkoloqları
- Azərbaycan alimləri
- Alim qaralamaları