Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Səfa Abbas oğlu Mirzəyev (12 may 1952, Bakı – 22 iyul 2024, Bakı) — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, hüquq üzrə fəlsəfə doktoru, dosent, Azərbay

Səfa Mirzəyev

Vikipediya, azad ensiklopediya
Səfa Mirzəyev
Səfa Mirzəyev Polşa Senatında, 2007-ci il
Səfa Mirzəyev Polşa Senatında, 2007-ci il
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1952(1952-05-12)
Doğum yeri
Vəfat tarixi 22 iyul 2024(2024-07-22) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq elmləri üzrə fəlsəfə doktoru

Təltifləri "Şöhrət" ordeni — 2011 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022
"Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı — 2006
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səfa Abbas oğlu Mirzəyev (12 may 1952, Bakı22 iyul 2024, Bakı) — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, hüquq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri (1997–2022), həqiqi dövlət müşaviri, Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (2006).

Həyatı

Səfa Abbas oğlu Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.

1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.

1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 22 iyun 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı, 11 may 2012-ci ildə "Şöhrət" ordeni, 11 may 2022-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

13 may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Səfa Mirzəyev 22 iyul 2024-cü ildə vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Kitabları

  • Mirzəyev S. A. Qanunçuluq və hüquq qaydaları. Bakı, 1980.
Üst