Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Xocavənd — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Xocavənd kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir.

Xocavənd (Ağcabədi)

40°02′07″ şm. e. 47°25′19″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Xocavənd
40°02′07″ şm. e. 47°25′19″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağcabədi rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 3.527 nəfər
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0417
Xocavənd xəritədə

XocavəndAzərbaycan Respublikasının Ağcabədi rayonunun Xocavənd kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir.

Tarixi

Elmi ədəbiyyatda Xocavənd sözünün mənası " Xocalı nəsli" deməkdir. Vaxtilə bu ərazidə Xoca adlı bir şəxs, ilk sakin yaşamış, ərazidən keçən Qarqar çayının qarşısına bənd vurdurmuşdur. Ona görə bu yerlər Xocabənd, sonralar təhrif olunuraq Xocavənd adlanmışdır. Kəndin yaşayış məskəni kimi mövcudluğu XVIII əsrin birinci yarısına kimi qeyd olunur.

Əhalisi

Xocavənd kəndinin ərazisi 23.4 km² olmaqla əhalisi 3527 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır

Toponimikası

Xocavənd oykonimini müxtəlif prizmalardan izah edən araşdırıcılar vardır. Keçmişdə mədrəsə təhsili almış şəxslər, din xadimləri və başqaları xoca adlanırdı. Türklər indi də müəllimə xoca deyir. Orta əsrlərdə iri ticarətlə məşğul olan alverçilərə, tacirlərə xoca deyilirdi. iran dillərindəki vənd sözü "uşağı, nəsli, törəməsi" anlamındadır.

Üst