| "Qobustan" | |
|---|---|
| Baş redaktor | Pərvin Nurəliyeva |
| Təsis tarixi | 1969 |
| Qərargah | Bakı şəhəri Xaqani küçəsi, 25. |
"Qobustan" — 1969-cu ildən Bakıda nəşr edilən rüblük incəsənət toplusu. Azərbaycan Yazıçılar Birliyinin orqanıdır.
1957-59-cu illərdə "İncəsənət" məcmuəsinin 3 nömrəsi nəşr olunmuşdur. "Qobustan" incəsənət toplusu həmin məcmuənin davamıdır.
İlk baş redaktoru xalq yazıçısı Anar olmuşdur. Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləndən sonra jurnala xalq şairi Fikrət Qoca rəhbərlik etmişdir (1989-2004). 2004-cü ildən 2013-cü ilə qədər jurnalın redaktoru Ələkbər Salahzadə olmuşdur. 2013-cü ildən jurnalın baş redaktoru Vaqif Əlixanlıdır. 2 İyul 2021-ci ildə jurnalın baş redaktorluğu yazıçı Pərvin Nurəliyevaya həvalə olunmuşdur.
24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır.
"Qobustan" öz səhifələrində bütün sənət sahələrini əhatə edən araşdırmalara, nəzəri-tənqidi yazılara, klassik irslə və çağdaş dünya sənətçilərinin yaradıcılığı ilə bağlı materiallara geniş yer ayırır.
Həmçinin bax
- Azərbaycan (jurnal, 1923)
- Ulduz (jurnal)
- Literaturnı Azerbaycan
- Əlifba sırasına görə jurnallar
- 1969-cu ildə yaradılmış jurnallar
- Bakı jurnalları
- Azərbaycan dilində jurnallar
- Azərbaycan ədəbi jurnalları
- 1969-cu ildə Azərbaycanda yarananlar