Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindanqalası dağından (

Astara çayı

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Bu məqalə Astaraçay haqqındadır. Digər mənalar üçün Astara səhifəsinə baxın.
Astaraçay
Astaraçay
Xəritə
Ölkə
  •  Azərbaycan
  •  İran
Keçdiyi ərazilər Azərbaycan və İran
Mənbəyi Astara rayonu, Şindanqalası dağı
  Yüksəkliyi 1817 m
Mənsəbi Xəzər dənizi
Uzunluğu 38 km
Hövzəsinin sahəsi 242
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AstaraçayAzərbaycan Respublikasının İranla dövlət sərhədində çay.

Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindanqalası dağından (1817 m yüksəklikdən) alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçay bu hissədən mənsəbə qədər olan məsafədə Azərbaycanla İran arasında dövlət sərhədi təşkil edir.

Çayın illik axımının 70%-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axımın 80–85%-i keçir. Suvarmada istifadə edilir. Astara şəhəri Astaraçayın mənsəbindədir.

Adını ərazidəki eyniadlı bulaqdan almışdır. Hidronim ast (aşağı, çökək, dərə) və ara/ura (yer, su, çay, bulaq) sözlərindən düzəlib, "dərədə bulaq, çökək yerdən çıxan su" mənasındadır.

Üst