| Yaşar Lətifov | |
|---|---|
| 18 aprel 2016 – 28 iyul 2023 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 16 iyun 1965 (61 yaş) |
| Doğum yeri |
|
Yaşar Aydın oğlu Lətifov (16 iyun 1965, Bakı) — SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti (2016–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri.
Həyatı
Yaşar Aydın oğlu Lətifov 16 iyun 1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.
Təhsili və karyerası
1987-ci ildə İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunu "Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi" ixtisası üzrə bitirərək "Azneft"in 2 saylı Binəqədi Neft-Qaz Çıxarma İdarəsində operator kimi əmək fəaliyyətinə başlamış, daha sonra usta vəzifəsinə keçirilmişdir. 1989-cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli layihələrdə fəaliyyət göstərmişdir. 2012-ci ildən SOCAR prezidentinin müşaviri və "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul olan SOCAR "Upstream Management İnternational MMC"nin İcraçı Direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il Sərəncamı ilə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.
28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.
Həmçinin bax
- Xoşbəxt Yusifzadə
- Elşad Nəsirov (siyasətçi)
- Mikayıl İsmayılov
- Bədəl Bədəlov
- Xalik Məmmədov
- Tofiq Qəhrəmanov
- 16 iyunda doğulanlar
- 1965-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- SOCAR-ın vitse-prezidentləri