Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Faşizm üzərində qələbə günü (rus. День Победы) — II Dünya müharibəsində faşizm üzərində qələbə günü. 1945-ci il mayın 8-də Berlində alman feldmarşalı Vilhelm Ke

9 May Qələbə Günü

  • Ana Səhifə
  • 9 May Qələbə Günü

Faşizm üzərində qələbə günü (rus. День Победы) — II Dünya müharibəsində faşizm üzərində qələbə günü. 1945-ci il mayın 8-də Berlində alman feldmarşalı Vilhelm Keytel Almaniyanın müttəfiq dövlətlər qarşısında qeyd-şərtsiz kapitulyasiya aktını imzalamış, bununla da Avropada İkinci dünya müharibəsi başa çatmışdır. Bu xəbər SSRİ ərazisində 9 may tarixində elan edildiyi üçün məhz bu tarix SSRİ-də və keçmiş sosialist bloku ölkələrində faşizm üzərində qələbə günü kimi qeyd olunmuş, hazırda isə həmin dövlətlərin varisi olan bir sıra ölkələrdə qeyd edilməkdədir.

9 May Qələbə Günü
Rəsmi adı Праздник Победы
Праздник победы над Германией
Праздник победы советского народа в Великой Отечественной войне 1941—1945 гг.
День Победы
Ölkə
  •  İsrail
Həsr olunub Avropada İkinci dünya müharibəsinin sonu
Tarix 9 may
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Qələbədən sonra 20 il ərzində Qələbə paradı ancaq bir dəfə, 1945-ci ilin iyunun 24-də keçirilmişdi. Bu müddət ərzində, 9 may günü adətən fişənglə və yerli veteranlarının görüş mərasimləri ilə qeyd olunurdu.

Qələbə günü Azərbaycanda

Qələbənin 60 illiyi şərəfinə Qırmızı meydanda bayram atəşfəşanlığı (9 may 2005)

Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.

İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı, döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.

Vilhelm Keytelin danışıqsız təslim aktını imzalaması

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

Azərbaycanda Qələbə günü münasibətilə Bakı, Neftçala, Lənkəran və digər şəhərində parklar, abidələr və s. salınmışdır.

Qələbə günü münasibətilə təsis edilmiş mükafatlar

  • — "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
  • — "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı
  • — "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı
  • — "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Həmçinin bax

  • Böyük Vətən müharibəsi
  • İkinci dünya müharibəsi
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Aşıq Ələsgər

  • Mart 26, 2026

    Kəlbəcər rayonu

  • Mart 26, 2026

    İsmin hallanması

  • Mart 26, 2026

    Katalizator

  • Mart 26, 2026

    Məhəmmədhüseyn Şəhriyar

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst