Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Tadeuş Svetoxovski, bəzən Tadeuş Svyatoxovski kimi qeyd olunur (pol. Tadeusz Świętochowski; 28 aprel 1934, Lill – 15 fevral 2017, Nyu-York, Nyu-York ştatı) — Po

Tadeuş Svetoxovski

Vikipediya, azad ensiklopediya
Tadeuş Svetoxovski
pol. Tadeusz Świętochowski
Doğum tarixi 28 aprel 1934(1934-04-28)
Doğum yeri
  • Lill
Vəfat tarixi 15 fevral 2017(2017-02-15) (82 yaşında)
Vəfat yeri
Atası Stanislav Svetoxovski[d]
Elm sahəsi Azərbaycan tarixi
İş yerləri
Təhsili
Elmi rəhbəri Edvard Olvors[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tadeuş Svetoxovski, bəzən Tadeuş Svyatoxovski kimi qeyd olunur (pol. Tadeusz Świętochowski; 28 aprel 1934, Lill15 fevral 2017, Nyu-York, Nyu-York ştatı) — Polşa və ABŞ tarixşünası, Qafqazşünas və Azərbaycanşünas; Monmaut Universiteti, Xəzər Universiteti və Bakı Dövlət Universitetinin fəxri professoru və Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin fəxri üzvü.

Həyatı

Erkən illəri

Tadeuş Svetoxovski 1932-ci ildə Fransada Polşa diplomatı Stanislav Svetochovskinin ailəsində anadan olmuşdur. 1939-cu ildə Polşanın SSRİ və Almaniya arasında bölünməsindən sonra, onun atası Moskvaya sürgün edilib Butyrskaya həbsxanasında öldürüldü. Müharibədən sonra Tadeuş Svetoxovski Amerikaya getdi və Nyu-Yorkda Kolumbiya Universitetini bitirdi. Çox zəhmət çəkdikdən sonra Monmaut Universitetinin tarix fakültəsində bir iş tapdı və nəticədə bu universitetin tarix professoru oldu. 15 fevral 2017-ci ildə Nyu-Yorkda vəfat etdi.

Təltif və mükafatları

  • ABŞ Monmaut Universitetinin fəxri doktoru
  • Azərbaycan Xəzər Universitetinin fəxri doktoru
  • Azərbaycan Bakı Dövlət Universitetinin fəxri doktoru

Seçilmiş əsərləri

  • Poland between Germany and Russia (1926–1939): the theory of two enemies. (Edited by Alexander Korczyński & Tadeusz Świętochowski). Pilsudski Institute of America, New York, 1975.
  • Guide to the collections of the Pilsudski Institute of America for research in the modern history of Poland. Pilsudski Institute of America, New York, 1980.
  • Russian Azerbaijan (1905–1920): the shaping of a national identity in a Muslim community. Cambridge University Press, Boston, 1985, 272 pages.(1905–1920). (Türkcə tərcüməsi: Müslüman Cemaatten Ulusal Kimliğe Rus Azerbaycanı. Istanbul, Bağlam Yayınları, 1988; Azərbaycanca tərcüməsi: Rusiya Azərbaycanı, 1905–1920 (Müsəlman Cəmiyyətində Milli Kimliyin Formalaşması). Bakı, Milliyyət Araşdırmalar Mərkəzi, 2022, 336 səh.).
  • Karol Wędziagolski. Boris Savinkov: portrait of a terrorist. (Edited by Tadeusz Swietochowski, translated by Margaret Patoski). Kingston Press, Clifton NJ, 1988.
  • Der Islam und die Entwicklung nationaler Identität in Aserbaidshan. Markus Verlag-Gesellschaft, Köln, 1989.
  • Russia and Azerbaijan: a borderland in transition. Columbia University Press, New York, 1995, 289 pages. (Azərbaycanca tərcüməsi: Rusiya və Azərbaycan: Sərhədyanı bölgə keçid dövründə dəyişən sərhədlər. Bakı, Xəzər Universiteti Nəşriyyatı, 2000, 374 səh.).
  • Azerbejdżan i Rosja: kolonializm, islam i narodowość w podzielonym kraju. Instytut Studiów Politycznych Polskiej Akademii Nauk, Warszawa, 1998, 302 str.
  • Historical Dictionary of Azerbaijan (co-author). Scarecrow Press, Lanham MD, 1999, 130 pages.
  • Azerbaijan: the hidden faces of Islam. = World Policy Journal (New York), Fall 2002, volume XIX, number 3, pages 69–76.
  • Azerbejdżan. Wydawnictwo Trio, Warszawa, 2006, 303 str.
Üst