Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qulamhüseyn Surxay oğlu Əlibəyli (1958, Köhnə Alvadı, Masallı rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü, A

Qulamhüseyn Əlibəyli

Vikipediya, azad ensiklopediya
Qulamhüseyn Əlibəyli
Aydınlar Partiyasının sədri
20 noyabr 2009 17 aprel 2023
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri
1995 2008
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıHəsən Kərimov
Azərbaycan Respublikasının Milli Məclisi I və II deputatı
24 noyabr 1995 30 noyabr 2005
Seçki dairəsi1995, 2000 — Proporsional siyahı
ƏvvəlkiVəzifə təsis edildi. (1995)
Mirmahmud Mirəlioğlu (2000)
SonrakıAsim Mollazadə (1995)
Vəzifə ləğv edildi. (2000)
Azərbaycan Respublikasının parlamentlə iş üzrə dövlət müşaviri
Noyabr 1992 18 iyun 1993
PrezidentƏbülfəz Elçibəy
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri
1992 1995
ƏvvəlkiArif Hacılı
SonrakıVəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 1958(1958) (67–68 yaş)
Doğum yeri
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995–2008),
  • Aydınlar Partiyası[d] (2009–2023)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qulamhüseyn Surxay oğlu Əlibəyli (1958, Köhnə Alvadı, Masallı rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü, Aydınlar Partiyasının sədri (2008–2023).

Həyatı

Qulamhüseyn Əlibəyli 1958-ci il sentyabrın 8-də Masallı rayonunun Köhnə Alvadı qəsəbəsində şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1981–1985-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində Konstitusiya hüququ Kafedrasının aspirantı olub. İngilis və rus dillərini bilir.

Qulamhüseyn Əlibəyli ailəlidir, dörd övladı var.

Siyasi fəaliyyəti

Qulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Ali Soveti Aparatında əvvəlcə konstitusiya hüquq məsələləri bölməsinin, sonra isə dövlət quruculuğu şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-ci ilin noyabr ayından 1993-cü ilin iyun ayınadək Azərbaycan Prezidentinin (Əbülfəz Elçibəy) parlamentlə əlaqələr üzrə müşaviri vəzifəsində çalışmışdır.

Parlamentdə

1995-ci il parlament seçkilərində Qulamhüseyn Əlibəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 3-cü sırada olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur. Beləliklə, Qulamhüseyn Əlibəyli deputat seçilmişdir.

1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Qulamhüseyn Əlibəyli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan—BƏƏ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə 2-ci sırada olan Qulamhüseyn Əlibəyli II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Qulamhüseyn Əlibəyli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının və Azərbaycan—Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Qulamhüseyn Əlibəyli 2008-ci ildə baş tutan Prezident seçkilərində mübarizə apardı. Nəticədə 81 120 səslə (2.20 %) 7 namizəd sırasında 5-ci pillədə qərarlaşdı.

Partiya fəaliyyəti

Qulamhüseyn Əlibəyli 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin, 1990-cı ildən isə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur.

Qulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin, 1995-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri olmuşdur.

Qulamhüseyn Əlibəylinin 2008-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasından qalmaqallı formada istefa verməsindən sonra o, 2008-ci il noyabrın 14-də Aydınlar Partiyasını qurduğunu bildirib. Keçmiş AXCP üzvləri tərəfindən qurulan Aydınlar Partiyası 2009-cu il noyabrın 20-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 17 aprel 2023-cü ildə Aydınlar Partiyası növbədənkənar qurultay keçirmiş, qurultayda partiyanın fəaliyyətinə xitam verilmişdir.

Üst