| Nurulla Ağayev | |
|---|---|
| 6 iyun 1957 – 26 mart 1959 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Yaqub İsmayılov |
| 12 noyabr 1953 – 6 iyun 1957 | |
| Əvvəlki | özü (yüngül və yeyinti sənayesi naziri kimi) |
| Sonrakı | vəzifə ləğv edilib |
| 18 aprel 1953 – 24 oktyabr 1953 | |
| Əvvəlki | Nadir Axundov (yüngül sənaye naziri kimi) |
| Sonrakı | Sadıq Rəhimov (çoxişlənən sənaye malları naziri kimi); özü (ərzaq malları sənayesi naziri kimi) |
| 9 oktyabr 1951 – 18 aprel 1953 | |
| Əvvəlki | Həbib Məmmədov |
| Sonrakı | vəzifə ləğv edilib |
| yanvar 1949 – oktyabr 1951 | |
| Sədr | Musa Əliyev Əli İbrahimov |
| 24 mart 1947 – yanvar 1949 | |
| Əvvəlki | Nadir Axundov |
| Sonrakı | Sadıq Rəhimov |
| noyabr 1942 – may 1944 | |
| Əvvəlki | Yusif Nəzirov |
| Sonrakı | İslam Qədimov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1913 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 23 aprel 1990 (76–77 yaşında) |
| Dəfn yeri |
|
| Partiya |
|
| | |
| Təltifləri | |
Nurulla Qurbanəli oğlu Ağayev (1913, Bülbülə, Bakı qəzası – 23 aprel 1990) — Azərbaycan-sovet dövlət xadimi və iqtisadçı alim. Azərbaycan SSR-də yüngül və yeyinti sənayesi, eləcə də tikinti sənayesində ixtisaslaşmış nazirliklərə başçılıq etmişdir.
Həyatı
Nurulla Qurbanəli oğlu Ağayev 1913-cü ildə Bakı qəzasının Bülbülə kəndində anadan olmuşdur. 5 yaşında ikən, 1918-ci ildə atası Kərbəlayı Qurbanəli daşnaklarla savaşda qətlə yetirilmiş, böyük qardaşının himayəsində böyümüşdür.
Nurulla Ağayev 1938-ci ilədək Zabratda Andreyev adına zavodda çalışmış, daha sonra rəhbər vəzifələrə keçirilmişdir. 13 mart 1942-ci ildə Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinin tikinti işləri üzrə katibi təsdiq edilmiş, Həmin ilin noyabrında isə Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı vəzifəsinə irəli çəkilmişdir. 1944-cü ilin may ayından ÜİK(b)P Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin qərarı ilə İranda diplomatik işə göndərilmiş, SSRİ Ticarət Nümayəndəliyinin sədr müavini işləmişdir.
1949-cu ildə Azərbaycan SSR Dövlət Plan Komissiyası sədrinin birinci müavini təyin edilmiş, 1951-ci ilin oktyabr ayından 1953-cü ilin aprel ayınadək Azərbaycan SSR ət və süd sənayesi naziri, ardınca yüngül və yeyinti sənayesi naziri, sonrakı illərdə isə tikinti naziri və tikinti nazirinin müavini vəzifələrdə çalışmışdır.
Sonrakı illərdə Nurulla Ağayev elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, 1972-ci ilədək Azərbaycan Neft və Kimya İnstitutunda çalışmışdır. 1969-cu ildə texnika elmləri namizədi elmi dərəcəsini almış, bir sıra elmi məqalələrin, o cümlədən "2000-ci ilin iqtisadiyyatı" adlı irihəcmli elmin işin müəllifi olmuşdur.
Nurulla Ağayev 2-ci və 3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.
Nurulla Ağayev 1990-cı il aprelin 23-də vəfat etmiş, Bülbülə qəbiristanlığında dəfn olunmuşdur.
- 1913-cü ildə doğulanlar
- Bülbülədə doğulanlar
- 23 apreldə vəfat edənlər
- 1990-cı ildə vəfat edənlər
- Bülbülədə dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarları
- Azərbaycanın yüngül sənaye nazirləri
- Azərbaycan SSR yeyinti sənayesi nazirləri
- Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Azərbaycan iqtisadçıları
- Texnika elmləri namizədləri