Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qarabulaq — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsində kənd.

Qarabulaq (Oğuz)

40°52′41″ şm. e. 47°34′50″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qarabulaq
40°52′41″ şm. e. 47°34′50″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qarabulaq xəritədə
Qarabulaq
Qarabulaq

QarabulaqAzərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Kəndin ərazisi qədim yaşayış yeridir və keçmiş adı Xoşkaşen olmuşdur. Xoşken (Koçken, Koşken, Xoşken) V əsrdə Alban xristian ruhanisinin adı olub, türkcə "qartal" sözündəndir. "Şen" isə "oba, yer, kənd" anlamındadır. "Xoşkaşen" – "Xoşkenin" (qartal kimi igidin) kəndi, obası, yeri" deməkdir.

Kəndin indiki adı isə XIX əsrdə Şəki rayonunun Oxud kəndindən çıxmış ailələrin Filfili kəndi yaxınlığında Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Keçmiş adı Molla Qarabulaq olmuşdur. Kəndin əsasını bir nəfər molla qoyduğuna görə Molla Qarabulaq adlanmış, sonralar molla sözü düşmüşdür. Sonralar əhali Filfilli kəndinin şimalındakı eyni adlı kənddən köçüb indiki kəndin ərazisində məskunlaşmış, həmin adı da özləri ilə buraya gətirmişlər. "Qarabulaq" sözünün mənası "daim çağlayan, güclü, bol sulu bulaq" kimi yazmaq daha düzgündür.

Coğrafiyası

Kənd rayon mərkəzindən 36 km cənubda, Türyançayın sağ sahilində, Baş Qafqaz silsiləsinin yamacında, dəniz səviyyəsindən 550 metr yüksəkdə yerləşir.

Mədəniyyəti

Kənddə orta məktəb, klub, kitabxana, poçt, tibb məntəqəsi, 100 yerlik ATS var. Kəndin ərazisində tarixi müəyyənləşdirilməmiş iki alban–xristian ibadətgahı (kilsə) mövcuddur. Kəndə rayon mərkəzindən avtobus işləyir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 804 nəfər yaşayır.

Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğul olur.

Həmçinin bax

Üst