| Tənzilə Ərdoğan | |
|---|---|
| Tenzile Erdoğan | |
| Doğum tarixi | |
| Doğum yeri | Dumankaya, Rizə, Güneysu, Türkiyə |
| Vəfat tarixi | |
| Vəfat yeri | Koşuyolu, Kadıköy, İstanbul, Türkiyə |
| Dəfn yeri | Qaracaəhməd qəbiristanlığı, İstanbul |
| Uşağı |
|
| Dini | müsəlman |
| Fəaliyyəti | evdar qadın[d] |
Tənzilə Ərdoğan (3 may 1924, Rizə, Dumankaya - 7 oktyabr 2011, Kadıköy, İstanbul) — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın anası.
Həyatı
Tənzilə Ərdoğan (evlilikdən əvvəlki soyadı Mutlu) 3 May 1924-cü ildə Türkiyənin Rizə ilinin Dumankaya kəndində anadan olub. İbtidai məktəbi Rizədə bitirib. Ankarada orta məktəbdə oxuyan Tənzilə xanım daha sonra anasının istəyi ilə təhsilini yarımçıq qoyub. 1947-ci ildə İstanbulda Əhməd Ərdoğanla ailə həyatı qurub. Onların övladı Rəcəb Tayyib 1954-cü ildə İstanbulda, Bəyoğlu ilinin Kasımpaşa tarixi rayonunda dünyaya gəlib.
Həyat yoldaşı rəhmətə gedəndən sonra müəyyən müddət Rifah Partiyasının qadın təşkilatında və Rifah Partiyasının İstanbul vilayət qadın təşkilatının rəhbəri vəzifəsində çalışıb.
Tənzilə Ərdoğan 7 oktyabr 2011-ci ildə müalicə aldığı İstanbul Kadıköy Medipol Universiteti xəstəxanasında 87 yaşında vəfat etdi.
Cənazə namazı İstanbulun Fatih məscidində qılınıb. Qaracaəhməd qəbiristanlığında dəfn edilib.
Xatirəsi
- Tənzilə Ərdoğan adına Rizə Güneysu Dövlət xəstəxanası
- Tənzilə Ərdoğan adına Üsküdar Qız Anadolu İmam Hatip liseyi
- 3 mayda doğulanlar
- 1924-cü ildə doğulanlar
- 87 yaşında vəfat edənlər
- 7 oktyabrda vəfat edənlər
- 2011-ci ildə vəfat edənlər
- Türkiyə qadınları
- Rəcəb Tayyib Ərdoğan