| Fətulla Fətullayev | |
|---|---|
| Fətulla Qəni oğlu Fətullayev | |
| Doğum tarixi | |
| Doğum yeri | Ağsu, Bico |
| Vəfat tarixi | |
| Vəfat yeri | Ağsu, Bico |
| Fəaliyyəti | aqronom, kolxozçu[d], menecer |
| Mükafatları | |
Fətulla Qəni oğlu Fətullayev — Sosialist Əməyi Qəhrəmanı
1908-ci il sentyabrın 29-da indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1947-1965-ci illərdə Bico kəndinin M.Əzizbəyov adına kolxozunda kolxozçu və briqadir işləmişdir. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif edilmişdir. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. 1965-ci ildə İttifaq əhəmiyyətli fərdi pensiyaya çıxmışdır.
Bico kəndində vəfat etmişdir.
Təltifləri
- "Sosialist Əməyi Qəhrəmanı"
Kateqoriyalar:
- 1908-ci ildə doğulanlar
- 1982-ci ildə vəfat edənlər
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- Ağsuda doğulanlar
- Ağsuda vəfat edənlər
- SSRİ kolxozçuları
- Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər
- SSRİ aqronomları