Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əli Cabbar oğlu Əmirov (25 mart 1915, Naxçıvan – 12 fevral 1979, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi katibi (1962–1971

Əli Əmirov

Vikipediya, azad ensiklopediya
Əli Əmirov
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi
fevral 1962 12 mart 1971
Birinci katibVəli Axundov
Heydər Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 1915(1915-03-25)
Doğum yeri
Vəfat tarixi 12 fevral 1979(1979-02-12) (63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1945–1979)
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1940-cı ilədək)
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1965
SSRİ Dövlət mükafatı — 1969 SSRİ-nin fəxri neftçisi — 1970

Əli Cabbar oğlu Əmirov (25 mart 1915, Naxçıvan12 fevral 1979, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi katibi (1962–1971), texnika elmləri doktoru (1971), professor.

Həyatı

Əli Cabbar oğlu Əmirov Naxçıvan şəhərində anadan olmuşdur. "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra, 1940–1952-ci illərdə "Orconikidzeneft" trestində neft hasilatı ustasından trestin müdirinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1952–1972-ci illərdə "Azərbaycan neft təsərrüfatı" jurnalının redaksiya kollegiyasının üzvü və redaktoru olmuşdur. 1955–1958-ci illərdə Azərbaycan SSR Neft Sənayesi Nazirliyində idarə rəisi, 1958–1959-cu illərdə Azərbaycan SSR neft sənayesi nazirinin müavini, 1959–1962-ci illərdə isə "Azneft" İstehsalat Birliyinin baş direktoru olmuşdur.

1962-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi seçilmişdir. 1971-ci ildən "Azneft" İB baş mühəndisi işləmiş və "Qum adası", "Makarov b.", "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Bulla-dəniz" neft-qaz yataqlarının mənimsənilməsində bilavasitə iştirak etmiş və rəhbərlik etmişdir. Əmirov Ə. C. Azərbaycanın Mədəni əlaqələr cəmiyyətinin vitse-prezidenti olmuşdur. 1977-ci ildə o, Azərbaycan Neft və Kimya İnstitutunun "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasında dosent, professor vəzifələrində işləmişdir.

Əli Əmirov 12 fevral 1979-cu ildə Bakı şəhərində vəfat etmiş, Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur. "Əli Əmirov" geoloji kəşfiyyat gəmisi onun adını daşıyır.

Elmi fəaliyyəti

Əli Əmirov neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. O, 1959-cu ildə "Çox dərin quyuların istismarının bəzi ünsürləri (məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə "Dərin və çox dərin quyuların mənimsənilməsi və istismarının texnika və texnologiyasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru elmi adını almışdır.

Elmi tədqiqatların sahəsi: dərinlik nasosları ilə istismarın texnikası və texnologiyası, dərində yerləşən neft-qaz yataqlarının işlənilməsi problemi, neftin kompressor üsulu ilə hasilatının təkmilləşdirilməsi məsələləri, Azərbaycan neft mədənlərinin avtomatlaşdırılması üçün sistemlərin və vasitələr kompleksinin yaradılması və tətbiqi.

Əli Əmirov 140-dan artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.

O, "SSRİ fəxri neftçisi" adına layiq görülmüşdür. SSRİ Dövlət mükafatı laureatı (1969) olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni ilə mükafatlandırılmış və İ. M. Qubkin adına mükafata layiq görülmüşdür.

Üst