Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Böyük Muruq — Azərbaycan Respublikasının Qusar rayonunun Əcəxur kənd inzibati ərazi dairəsində kənd.

Böyük Muruq

41°25′51″ şm. e. 48°10′40″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Böyük Muruq
41°25′51″ şm. e. 48°10′40″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qusar rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.110 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 564 nəf.
Xəritəni göstər/gizlə
Böyük Muruq xəritədə
Böyük Muruq
Böyük Muruq

Böyük MuruqAzərbaycan Respublikasının Qusar rayonunun Əcəxur kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Kənd erkən orta əsrlərdə salınmışdır. "Muruğ " komponentindən ərsəyə gələn iki kənd adı var: Çexi Muruğ yəni Böyük Muruğ və Zindanmuruğ . Kəndin ərazisində Xlll əsrə aid məscid və tarixi çox qədimlərə gedib çıxan qəbirlərə rast gəlinir. Tarixi mənbələr bu kəndlərin əsasının hələ erkən orta əsrlərdə salındığını göstərir. "Muruğ" oykoniminə ilk dəfə X əsrdə "Abu Müslimin tarix " kitabında rast gəlinir.Bundan başqa mənbələrdə 1710-cu ildə Şirvanşah ll İbrahimin dövründə Böyük Muruq kəndinin adı çəkilir.

Toponimikası

Böyük Muruq oyk., mür. Yan silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Yerli əhali arasında Çexi Murux da deyilir. Güman etmək olar ki, murux-muxur sözünün fonetik dəyişikliyə uğramış formasıdır. Toponimiyada Muxur "keçə alaçıq" mənasında işlənir. Oykonim "böyük oba, böyük aul" mənasındadır.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 564 nəfər əhali yaşayır.

Həmçinin bax

  • Qusar rayonu
Üst