Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qız-gəlin dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3017,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə doğru ayrılan yan silsiləsində konusvari zirvə. Tiviçay mənb

Qız-gəlin dağı

Vikipediya, azad ensiklopediya
Qız-gəlin dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3017 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  • Ordubad

Qız-gəlin dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3017,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə doğru ayrılan yan silsiləsində konusvari zirvə. Tiviçay mənbəsini Qız-gəlin dağından götürür.

Qız-gəlin dağı Gilançay və Əlincəçay vadilərində yaşamış, əkinçilik və maldarlıqla məşğul olan qədim tayfaların yaylaq yeri olmuşdur. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Tiviçayın mənbə hissəsindədir.  Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibə malik Orta Eosen yaşlı  subvulkanik kütlənin əmələ gətirdiyi  piramidavari  yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını  Ordubad qarılma zonasının  Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir.

Həmçinin bax

  • Almalıdağ
  • Xarxat dağı
  • Keçəltəpə
  • Arısu
  • Güllüdağ
  • Gədikdağ
Üst