| Qafar Cəbiyev | |
|---|---|
| Qafar Cəfər oğlu Cəbiyev | |
| Doğum tarixi | 17 avqust 1950 (75 yaş) |
| Doğum yeri |
|
| Elm sahələri | tarix, tarixi coğrafiya, arxeologiya, jurnalistika |
| Elmi dərəcəsi |
|
| İş yerləri |
|
| Təhsili |
|
| Mükafatları | |
Qafar Cəfər oğlu Cəbiyev (17 avqust 1950, Talıstan, İsmayıllı rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2008), professor, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2012).
Həyatı
Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974–1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977–1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978–1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980–1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olmuşdur. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990–2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2008-ci ildə Girdman tarixinə dair doktorluq dissertasiyası müdafiə etmişdir. Dörd monoqrafiya, 100-dən çox elmi məqalə müəllifidir. "Qızıl qələm" mükafatı laureatıdır.
Evlidir. İki övladı var.
Əsərləri
- Qırlartəpənin qədim abidələri (rus. Античные памятники Гырлартепе). Bakı: Elm, 1985 (həmmüəllif).
- Arxeologiya və romantika. Bakı: Gənclik, 1990.
- Can Azərbaycan. Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2003.
- Girdiman tarixi (IV–IX əsrlər). Bakı: Şərq-Qərb, 2010.
- Muradxan dəfinəsi. Bakı: Elmin İnkişafı Fondu, 2012 (həmmüəllif).
- Yazılan qalacaq. Bakı: Elm və təhsil, 2015.
- Girdiman. Tarixi və tarixi coğrafiyası. Bakı: Elm və təhsil, 2015.
- Azərbaycan tarixi: ən qədim zamanlardan müasir dövrə qədər (ali məktəblərin qeyri-ixtisas fakültələrinin bakalavriat pilləsi üçün dərslik). Bakı: Elm və təhsil, 2017.
- Qəbələdə son arxeoloji tədqiqatların nəticələri. Bakı: CBS, 2017.
- Azərbaycan arxeologiyasının əsasları (dərs vəsaiti). Bakı: Elm və təhsil, 2018.
- Girdiman. Tarixi və tarixi coğrafiyası (rus. Гирдиман. История и историческая география). Bakı: Elm və təhsil, 2020.
- Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları. Bakı: Elm və təhsil, 2024.
- Bələdiyyələr və mədəni irs. Bakı: Xan, 2024.
- 17 avqustda doğulanlar
- 1950-ci ildə doğulanlar
- Yaşayan insanlar
- İsmayıllı rayonunda doğulanlar
- Tarix elmləri doktorları
- AMEA Tarix və Etnologiya İnstitutunun alimləri
- Gəncə Dövlət Universitetinin məzunları
- Azərbaycan Respublikasının əməkdar jurnalistləri
- Əlifba sırasına görə alimlər
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Azərbaycan arxeoloqları
- Azərbaycanlı arxeoloqlar
- Azərbaycan publisistləri
- Azərbaycanlı publisistlər
- Azərbaycan memuarçıları