| Mirağa Qasımov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Dövlət Sərhəd Xidməti |
| Qoşun növü | Çevik Hərəkət Qüvvələri |
| Xidmət illəri | 2013—2014 / 2015—2020 |
| Rütbəsi | K/gizir |
| Döyüşlər | • Qarabağ müharibəsi (2020)
|
| Təltifləri | |
Mirağa Hafis oğlu Qasımov (8 yanvar 1995, Moranlı, Cəlilabad rayonu – 6 noyabr 2020, Bakı) — Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin kiçik giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Zəngilanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı
Mirağa Hafis oğlu Qasımov 1995-ci il, yanvarın 8-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub.
2013-cü ildə Cəlilabad rayon M. Muradov adına Qarakazımlı kənd tam orta məktəbindən məzun olub.
2013-cü ildə Cəlilabad Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2013–2014-cü illərdə N saylı hərbi hissədə xidmət edib.
2015-ci ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsində xidmətə başlayıb.
17 avqust 2020-ci ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən dövlət sərhədinin mühafizəsinin təmin edilməsində fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Zəngilanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində döyüş tapşırığının icrası zamanı ağır yaralandı. Noyabrın 6-da müalicə aldığı tibb müəssəsində şəhid olub. Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Subay idi.
- 8 yanvarda doğulanlar
- 1995-ci ildə doğulanlar
- Cəlilabad rayonunda doğulanlar
- 25 yaşında vəfat edənlər
- 6 noyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Cəlilabad rayonunda dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin kiçik gizirləri
- "Qarabağ" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
