| Bilal Ərdoğan | |
|---|---|
| türk. Necmeddin Bilal Erdoğan türk. Bilal Erdoğan | |
| |
| Doğum tarixi | 23 aprel 1981 (45 yaş) |
| Doğum yeri |
|
| Atası | Rəcəb Tayyib Ərdoğan |
| Anası | Əminə Ərdoğan |
| Təhsili |
|
| Fəaliyyəti | gəmi sahibi |
Nəcməddin Bilal Ərdoğan (23 aprel 1981 il, İstanbul) — türk iş adamı, Türkiyə Cümhuriyyətinin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın dörd övladından biri.
İlk illəri və təhsili
Bilal Ərdoğan 23 aprel 1981-ci ildə İstanbulda anadan olub. Atası Rəcəb Tayyib Ərdoğan, anası Əminə Ərdoğandır. Əhməd Burak adlı qardaşı və Sümeyyə və Esra adlı bacıları var.
1999-cu ildə Kartal Anadolu İmam Hatip liseyini bitirdikdən sonra ali təhsilini ABŞ-da davam edib. O, İndiana Universitetini siyasi elmlər və iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib və 2004-cü ildə dünyanın aparıcı universiteti olan Harvard Universitetinin Kennedi İdarəetmə Məktəbindən dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.
İngilis dilini yüksək səviyyədə, fransız, italyan və ərəb dillərini orta səviyyədə bilir.
İş həyatı
Universiteti bitirdikdən sonra Bilal Ərdoğan Dünya Bankında Slovakiya, Xorvatiya, Misir, Fələstin və İraq ölkələrinə aid olan şöbələrdə ekspert kimi çalışıb. Burada işlədiyi zaman əsas təhsil büdcələri və təhsil siyasətinə diqqət yetirirdi.
Türkiyəyə qayıtdıqdan sonra karyerasına dənizçilik sənayesində başlayıb və BMZ Gəmiçilik və İnşaat şirkətini qurub.
Bilal Ərdoğan Türkiyə Gənclik və Təhsil Xidmətləri Vəqfinin (TÜRGEV) qəyyumlar şurasının üzvüdür. O, həmçinin 17 noyabr 2013-cü ildə yaradılmış İnsan və Bilik fondunun təsisçilərindən biridir və 2014-cü ildə yaradılmış Türkiyə Gənclik fondunun yüksək məsləhət şurasının üzvlərindəndir.
Şəxsi həyatı
2003-cü ildə Reyyan Uzunerlə ailə həyatı qurub. Nikah mərasimində bir çox məşhurlarla yanaşı, İtaliyanın baş naziri Silvio Berluskonidə şahid qismində iştirak etmişdir. Ömər Tayyib və Əli Tahir adlı iki oğlu, Fatimə Sərra adlı qızı var.
- 23 apreldə doğulanlar
- 1981-ci ildə doğulanlar
- Yaşayan insanlar
- İstanbulda doğulanlar
- İndiana Universiteti Bluminqton məzunları
- Con Kennedi adına İdarəçilik Məktəbinin məzunları
- Dövlət başçılarının övladları
- Türkiyə iş adamları
- Prezidentlərin övladları
- Harvard Universitetinin məzunları
- Rəcəb Tayyib Ərdoğan
