| Əsgəran toqquşması | |||
|---|---|---|---|
| Tarix | 1988 | ||
| Yeri | |||
| Münaqişə tərəfləri | |||
| |||
| İtkilər | |||
| |||
Əsgəran toqquşması — 1988-ci il fevralın 22–23-də Əsgəran şəhərində baş vermiş toqquşma Birinci Qarabağ müharibəsinin başlanmasına səbəb olan başlanğıc nöqtələrindən biri olmuşdur. Əsgəran toqquşmasının ardınca Sumqayıt hadisələri baş verir.
Toqquşma
1988-ci il fevralın 20-də Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusu daşıyan Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul edirlər. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayonunun azərbaycanlı sakinləri dinc nümayiş keçirirlər.
Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci — Əli Hacıyev və Bəxtiyar Quliyevi qətlə yetirirlər. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını ozamankı SSRİ-nin baş prokrorunun birinci müavini F. Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqləyir.
Bu toqquşmaların xəbəri fevralın 27-də Sumqayıt şəhərinin erməni sakinlərinə qarşı Sumqayıt talanına səbəb olur.
- Əlifba sırasına görə mülki münaqişələr
- 1988-ci ildəki münaqişələr
- Əsgəran
- 1988-ci ildəki hadisələr
- 1988-ci ildə SSRİ