Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sarıqışlaq — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd.

Sarıqışlaq (Zəngilan)

39°06′28″ şm. e. 46°37′22″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Sarıqışlaq
39°06′28″ şm. e. 46°37′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
İqtisadi rayon Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü təqribən 473 m
Sarıqışlaq xəritədə
Sarıqışlaq
Sarıqışlaq

SarıqışlaqAzərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd.

Coğrafiyası

Sarıqışlaq kəndi Oxçu çayının sahilində, dağətəyi ərazidə, təqribən 473 m hündürlükdə yerləşir.

Sarıqışlaq kəndi yaxınlığında "Zəngilan əhəng xammalı yatağı" yerləşir.

Tarixi

Azərbaycan toponimlərinin ensiklopedik lüğətinə görə, bu yaşayış məntəqəsi müharibədən sonrakı illərdə salınmışdə. Mincivan–Qafan dəmir yolunun 15 kilometrliyində yerləşdiyinə görə, yaşayış məntəqəsi əvvəllər 15-ci kilometr adlandırılmışdı. Sonralar isə yaxınlıqdakı qışlağın adı ilə yaşayış məntəqəsi Sarıqışlaq adlandırılmışdı. Qışlaq isə bu adı ərazinin süxurlarının rənginə görə almışdı.

1968-ci il üçün və 1977-ci i üçün tərtib olunmuş Azərbaycan SSR inzibati ərazi bölgüsündə, Sarıqışlaq kəndi Zəngilan rayonunun Zəngilan şəhər Sovetinin tərkibində göstərilirdi.

Birinci Qarabağ müharibəsi vaxtı Zəngilan rayonunun əraziləri 1993-cü ilin oktyabrında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Bu yaşayış məntəqəsinin ərazisi də 1993-cü ilidə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı, kənd Azərbaycan Ordusu tərəfindən işğaldan azad etmişdi.

13 aprel 2021-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sarıqışlaq kəndindən videogörüntülər yaymışdı.

Üst