| II Qubad | |
|---|---|
| pəhl. 𐭪𐭥𐭠𐭲 | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 590 |
| Vəfat tarixi | 6 sentyabr 628 (37–38 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | taun |
| Fəaliyyəti | hökmdar[d] |
| Atası | II Xosrov |
| Uşağı |
|
| Ailəsi | Sasani sülaləsi[d] |
| Dini | Zərdüştçülük |
II Qubad (pəhl. 𐭪𐭥𐭠𐭲) və ya II Qəvad (590 – 6 sentyabr 628, Ktesifon) — Sasanilər imperiyasının hökmdarı.
Bioqrafiyası
O, II Xosrov ilə bizanslı Mariyanın oğlu idi. Şərq mənbələrinə görə, onun anası İmperator Mavrikinin qızı olmuşdur, lakin Bizans mənbələri bunu təsdiqləməmişdir.
Həmin dövrdə Sasani-Bizans müharibəsində (602–628) Bizans üstünlüyü ələ almış, I İrakli Sasanilərə ciddi zərbələr endirmişdi. Bu mürəkkəb vəziyyətdə çevriliş yolu ilə hakimiyyətə gələn II Qubad, atasını ilə birlikdə qardaşlarını da öldürtmüşdü. Vəziyyət mürəkkəb olduğundan II Qubad, Bizans ilə sülh danışıqları aparmışdı.
Onun dövründə yerli əyanlar daha müstəqil idilər. O, atasının pul sistemində etdiyi dəyişiklikləri də ləğv etmişdir.
II Qubad, 8 aylıq hakimiyyətindən sonra taundan vəfat etmişdir.
- 590-cı ildə doğulanlar
- 6 sentyabrda vəfat edənlər
- 628-ci ildə vəfat edənlər
- Sasanilər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- İran şəxsləri
- Farslar
