Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şiələr: İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər • İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər

Cəriri məzhəbi

Vikipediya, azad ensiklopediya

İslam

İslam tarixi

İmanın şərtləri

Tövhid Mələklər
Kitablar Peyğəmbərlər
Məad Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət Namaz
Oruc Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər Matüridilər Qədərilər (Mötəzililər) Cəbrilər Mürcilər Cəhmiyyə Müşəbbihilər Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər Malikilər Şafiilər Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər Auzailər Leysilər Səvrilər Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər Üsulilər Şeyxilər) Ələvilər Ənsarilər Qızılbaşlar) Zeydilər
İsmaililər (Qərmətilər Xaşxaşilər Fəthilər Xəttabilər) Vaqifiyyə Rafizilər (Batinilər) Qeysanilər Xürrəmilər Baziğiyyə Qurabiyyə
Xaricilər:
Mühakkimə Əcrədilər (Meymunilər Səələbilər) Əzraqilər Bəyhəsilər İbadilər Nəcdatilər Süfrilər

Həmçinin bax

Sufilər Yəsəvilik Nəqşibəndilik Sührəvərdilik Xəlvətilik Səfəvilik Bayramilik Bəktaşilik Cəlvətilik Cərrahilik Çiştiyyə Ehqaqiyə Gülşənilik Hürufilik Kübravilik Məlamətilik Mövləvilik Nemətullahiyyə Nöqtəvilik Qələndərilik Qadiriyyə Rahmaniyyə Rifailik Rövşənilər Sənusilər Şaziliyyə Zahidiyyə Nüseyrilər Druzlar İslam fəlsəfəsi

Cəriri məzhəbi (ərəb. المذهب الجريري) — IX əsrdə əsası qoyulmuş və X əsrdə fəaliyyətini dayandıran sünni islamda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri.

Haqqında

Məzhəbin banisi-eponimi Təbəristandan (müasir İran) olan fars əsilli məşhur müsəlman ilahiyyatçısı İbn Cərir ət-Təbəridir (839–923). İbn Cərir Qurana dair ən yaxşı teoloji şərhlərdən birinin (Təfsir ət-Təbəri) müəllifi olmaqla yanaşı, həm də hədis (ilm əl-hədis) və İslam hüququ (fiqh) üzrə alim idi. Uzun müddət hüquqi məsələlərdə əş-Şafiinin davamçısı olan ət-Təbərinin məzhəbi Şafii məzhəbindən çox da fərqlənmirdi və bir çox mühüm cəhətlər bu məzhəbdən götürülmüşdü.

Gəncliyində Əhməd ibn Hənbəldən dərs almaq niyyəti ilə Bağdada səfər edən (lakin onun sağlığında tapa bilməyən) ət-Təbəri, sonradan dəfələrlə hənbəlilərlə qızğın polemikaya girmiş və onun ardıcılları hənbəli məzhəbinin enerjili müxalifləri olmuşdur. Təbəri ilə Hənbəlilər arasında düşmənçilik o qədər şiddətlənmişdir ki, 923-cü ildə Təbəri vəfat etdikdən sonra hənbəlilərin dəfni pozmaması üçün o, gecə gizli şəkildə dəfn edilmişdir. Cəriri məktəbi qadınların roluna liberal münasibətilə seçilirdi. Məsələn: Cəririlər qadınların hakim ola biləcəyini və kişilərə namaz qıldıra biləcəyini düşünürdülər. Cəriri məzhəbinin ciddi şəkildə qınadığı fiqhi üstünlük məsələsində də Hənəfi məzhəbi ilə ziddiyyətləri tapılmışdır.

Cəriri məzhəbi ilə bağlı bütün ardıcıllarının istinad etdiyi əsas əsər Təbərinin "Şəriət hökmləri haqqında mükəmməl çıxışlar" (ərəb. الطيف القول في أحكام شرائع الشرائع الإمشلا) adlı kitabıdır.

"İctihad qapıları"nın artıq "qapalı" sayılmağa başladığı dövrdə yaranmış bəzi digər məktəblər (məsələn: Əvzailik, Zahirilik) kimi Cəriri məzhəbi X əsrdə mövcudluğunu dayandırdı.

Üst