Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İkinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.

İkinci Ağalı

39°10′49″ şm. e. 46°45′33″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
İkinci Ağalı
39°10′49″ şm. e. 46°45′33″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 330 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
İkinci Ağalı xəritədə
İkinci Ağalı
İkinci Ağalı

İkinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.

Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Hüseynxanlı olmuşdur. Yerli əhali arasında Orta Ağalı da adlanır. Oykonimin birinci komponenti r-nun ərazisindəki Ağalı adlanan üç yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ildə Birinci Ağalı və Üçüncü Ağalı kəndləri ilə birləşdirilib.

Üst