Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məcid Kərimov Zahid oğlu (16 dekabr 1958, Bakı) — Azərbaycanın dövlət və ictimai xadimi. Azərbaycan Respublikasının yanacaq-energetika naziri (2001–2004). Azərb

Məcid Kərimov

Vikipediya, azad ensiklopediya
Məcid Kərimov
Azərbaycan Respublikasının yanacaq və energetika naziri
18 aprel 2001 6 dekabr 2004
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
Azərbaycan Respublikasının sənaye və energetika naziri
6 dekabr 2004 9 dekabr 2005
Əvvəlkivəzifə təsis edilib
SonrakıNatiq Əliyev
"AzərKimya" Dövlət Şirkətinin Prezidenti
2005 2010
Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1958(1958-12-16) (67 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Neft və Kimya İnstitutu (1980-ci ilədək)
Fəaliyyəti Neft-qaz, Neftkimya sənayesi
Atası Zahid Kərimov
Elmi fəaliyyəti
Elm sahəsi Neft-qaz, Neftkimya
Elmi dərəcəsi Texnika elmləri doktoru.Professor

Təltifləri "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2008

Məcid Kərimov Zahid oğlu (16 dekabr 1958, Bakı) — Azərbaycanın dövlət və ictimai xadimi. Azərbaycan Respublikasının yanacaq-energetika naziri (2001–2004). Azərbaycan Respublikasının sənaye-energetika naziri (2004–2005). Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti (2005–2010). Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Professor, texnika elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi.

Həyatı

Məcid Kərimov 1958-ci il dekabrın 16-sı Bakı şəhərində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

1980–1989 – Neft və qaz sahəsi üzrə mühəndislik.

1989–1999 – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) sistemində fəaliyyət.

1999–2001 – ARDNŞ-in "Dənizneftqazlayihə"-nin direktoru.

2001–2004 – Azərbaycan Respublikasının yanacaq-energetika naziri.

2004–2005 – Azərbaycan Respublikasının sənaye-energetika naziri.

2005–2010 – Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti.

2006–2010 – Azərbaycan Respublikasının Milli Məclisin deputatı.

2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Bakı-Tibilisi-Ceyhan" və "Bakı-Tibilisi-Ərzurum" layihələrinin həyata keçirilməsi üzrə komissiyanın sədri olmuşdur. "Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı"nın və "Azərbaycan Respublikasının alternativ və bərpa olunun enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın işlənib hazırlanmasına rəhbərlik etmişdir.

Beynəlxalq Mühəndislər Akademiyasının akademikidir.[mənbə göstərilməlidir]

200-dən çox elmi əsərin, 10 monoqrafiya və 10-dan çox ixtiranın müəllifidir.

Evlidir, 2 övladı var.

Üst