Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ağayev Ağadadaş Həmid oğlu (25 avqust 1956, Hasıllı, Astraxanbazar rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2006–2024).

Ağadadaş Ağayev

Vikipediya, azad ensiklopediya
Ağadadaş Ağayev
Ümumi məlumatlar
Doğum tarixi 25 avqust 1956(1956-08-25) (69 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1980-ci ildən
Janrlar muğam, pop musiqisi
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2006 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998

Ağayev Ağadadaş Həmid oğlu (25 avqust 1956, Hasıllı, Astraxanbazar rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2006–2024).

Həyatı

Ağadadaş Ağayev 1956-cı ildə Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977–1983). 1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olub. 1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib. 1984-cü ildən Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Azərbaycan Televiziyasının solistidir. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. 1998-ci ildə əməkdar artist, 2006-cı ildə isə xalq artisti fəxri adını almışdır. Kamil, Səbuhi, Seymur, Həmid adında 4 oğlu və Leyla adında 1 qızı var.

Hazırda xərçəng xəstəliyindən əziyyət çəkir.

O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

2024-cü ilin iyul ayında haqqında cinayət işi açılıb. 12 yanvar 2025-ci ildə amnistiya aktı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunub və məhkumluğu götürülüb.

Filmoqrafiya

  1. Yerlə göy arasında (film, 1999)
  2. Tənha durna uçuşu (film, 2003)
Üst