| Şəhər | |
| Quşçu | |
|---|---|
| 37°59′32″ şm. e. 45°02′18″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Quşçu | |
Quşçu (fars. قوشچی)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən bir şəhər.
Əhalisi
2016-cı ilin məlumatlarına görə şəhərdə 2.787 nəfəryaşayır (935 ailə).
Milli tərkibi
Əhalisi azərbaycanlılardan ibarətdir.
Dialekt
Quşçu şəhərinin dialetində “y” samiti bəzi fellərin ortasında düşərək “öə” saitini ortaya çıxır. Bu cür saitlərə dilçilikdə alçalan əkiz saitlər deyilir; örnək olaraq bu dialektdə göyərərdi yerinə göərərədi deyilir. Quşçu ləhcəsinin ən mühüm özəlliklərindən biri “ğ” samitinin “v” samiti ilə və “a” saitinin “o” saitı ilə dəyişməsidir. Aşağıda bu özəllikdən neçə örnək verilmişdir:
| Ədəbi | Quşçu dialekti |
|---|---|
| ağa | ava |
| ağ | ov |
| dağ | dov |
| bağ | bov |
| yağ | yov |
| soğan | sovan |
| yağış | yavuş, yovuş |
| yığışmaq | yuvuşmaq, yıvışmaq |
| sağdış | savdış |
| ağız | ovuz, avız |
Bu samit dəyişməsi qədim oğuz türkcəsində sovuk, sovu kimi çox az kəlmələrdə görünsə də daha çox qıpçaq türkcəsinin oğuz türk dillərini o cümlədən Azərbaycan türkcəsinin bəzi ləhcələrini təsirləndirməsi nəticəsində yaranması irəli sürülür.
Din
Əhalisi İslamın şiə məzhəbinə etiqad edir.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- İran şəhərləri
- Qərbi Azərbaycan ostanının şəhərləri
