Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Tanrı dağları (Qədim türk dili: 𐰴𐰣 𐱅𐰭𐰼𐰃, Tenğri tağ/ Uyğur dili: تەڭرىتاغ, Tengri Tagh/ Çin dili: 天山; Pinyin: Tiānshān; Veyd-Caylz: T‘ien¹shan¹— Türküstanda ola

Tanrı dağları

42°02′15″ şm. e. 80°07′31″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Tanrı dağları

𐰴𐰣 𐱅𐰭𐰼𐰃

Tenğri tağ
Ümumi məlumatlar
Mütləq hündürlüyü 7439 m
Uzunluğu 2500 km
Eni 400 km
Hündür nöqtəsi Qələbə zirvəsi
Yaranma dövrü Devon dövrü
Süxurları Maqmatik, metamorfik və çökmə mənşəli
Yerləşməsi
42°02′15″ şm. e. 80°07′31″ ş. u.HGYO
Ölkələr
  •  ÇXR
  •  Qazaxıstan
  •  Özbəkistan
  •  Qırğızıstan
  •  Tacikistan
Tanrı dağları xəritədə
Tanrı dağları
Tanrı dağları
Rəsmi adıXinjiang Tianshan
TipiTəbii
Kriteriyavii, ix
Tarixi201337-ci sessiya
İstinad nöm.1414
ÖlkəÇin
BölgəTürküstan
Rəsmi adıWestern Tien-Shan
TipiTəbii
Kriteriyax
Tarixi201637-ci sessiya
İstinad nöm.1490
ÖlkəQazaxıstan, Qırğızıstan və Özbəkistan
BölgəTürküstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tanrı dağları (Qədim türk dili: 𐰴𐰣 𐱅𐰭𐰼𐰃, Tenğri tağ/ Uyğur dili: تەڭرىتاغ, Tengri Tagh/ Çin dili: 天山; Pinyin: Tiānshān; Veyd-Caylz: T‘ien¹shan¹— Türküstanda olan böyük dağ sistemlərindən biri.

Geoloji quruluşu

Tanrının geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir.

Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tanrının yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.

Müasir allüvial çöküntülər başlıca olaraq böyük çay dərələrində geniş yayılıb çoxlu miqdarda terraslar yaradır. Ayrı-ayrı çay dərələrində terras miqdarı 9 və ya 10-a çatır.

Oroqrafiyası

Tanrı dağlıq sahəsinin bir sıra oroqrafik rayonlaşma sxemi mövcuddur. MDB ərazisi daxilində Tanrı dağlarını əsasən Quzey, Günbatan, Güney və Orta Tanrı olmaqla dörd böyük bölgəyə ayrılır. Quzey Tanrıya enlik istiqamətə yaxın uzanan bir sıra dağlar (Qırğız, Talas, Zaili Alatausu, Kunqey Alatausu) və yarımqapalı dərin çökmə sahələri olan Rvuy və Talas daxildir. Quzey Tanrı Orta Tanrıdan qapalı çökəkliklər ilə ayrılır ki, bunlarında ən böyüyü İssık-Kuldur. Bundan başqa həmin sistemə Koçkor, Çumqol Susamır və Getmen-Tyubin çökəklikləri daxildir.

Tanrı dağları kifayət qədər yağıntı olmayan dağ sisteminə daxildir. Buna görə də onun ən başlıca xüsusiyyətlərindən biri burada quruluğunun aydın əks olunmasıdır. Tanrı dağlarının mürəkkəb relyefə malik olan geniş ərazidə yağıntıların orta çox illik miqdarı 100 – 250 mm-lə , 800 – 1000 mm arasında dəyişir İssık-Kul çökəkliyinin qərb hissəsində yerləşən Rıbaçi şəhərində ən az yağıntı (110 mm) düşür. Maksimal yağıntı Çatkal dağlarının şərq kənar hissəsinin cənub qərb yamyclarında düşür. Burada illik yağıntıların miqdarı 800 – 1000 mm , suayrıcıya yaxın sahələrdə isə 1100 mm təşkil edir.

Çayları və onların hidroloji rejiminin əsas xüsusiyyətləri

Tanrı çox böyük dağ sistemi olub, onun uzunluğu 2500 km-ə yaxındır. Dağların mütləq yüksəkliyi 5000 m-dən artıqdır. Burada geniş yayılmış hamar relyefli sahələrin — sırımların mütləq yüksəkliyi 3000 – 4000 m arasında tərəddüd edir. Tanrı dağları çoxlu miqdarda çayların olması ilə xarakterik olub, onlar bilavasitə Türküstanın daxili hövzələrinə aiddir. Ərazinin böyük çayları Sırfdəya — (uzunluğu 2212 km) Çu (1305 km), İli (1439 km), Talas (661 km), Narın (578 km), Çatqal (240 km) və s. Bunlarla yanaşı ərazidə çoxlu miqdarda xırda dağ çayları da mövcuddur ki, onlar da bu və ya digər çay sisteminin qolları təşkil edir və yaxud öz sularını daxili çökəkliklərdəki göllərə çıxarır. Ərazi çayları müxtəlif qida mənbələrinə malikdir.

Son dövrlərə qədər bir sıra tədqiqatçılar belə hesab edirlər ki, Türküstanın, o cümlədən də Tanrının çaylarının qidalanmasında əsas rolu müasir buzlaqlar oynayır. V. İ. Şultsun (1956, 1958) apardığı tədqiqatların nəticəsi bu fikrin düzgün olmadığını göstərir. Şübhəsiz ki, müəllifin düzgün olaraq göstərdiyi kimi hövzələrində buzlaqların geniş yayıldığı çayların qidalanmasında buzlaqların rolu böyük ehtiyac duyulan yayın ikinci yarısında artır. Tanrı çaylarının qidalanmasında qar və buzlaqlarla yanaşı əksərən yazda və payızda düşən yağış suları da mühüm rol oynayır. Lakin yağış suları səthdən tez buxarlandığından və bitki örtüyü vasitəsiylə transprasiya olduğundan onların çayların qidalanmasında rolu daha azdır. Təbiidir ki, dağ çaylarının sutoplayıcısı ancaq mütləq yüksəklikləri əhatə etdikcə, onların qidalanmasında yağış sularının payı artır. Lakin sutoplayıcılarının ancaq dağlarda yerləşən çaylarda belə yağış suları ilə qidalanma onların ümumi axımının 10–15 dən artıq leyildir. Onu da göstərmək lazımdır ki, Tanrı çaylarının bir çoxunun maksimal sərfinin formalaşmasında sellərin və daşqınların yaranmasında qısa müddətli leysan yağışların əhəmiyyəti böyükdür.

Qış mövsümündə çayların əsas qida mənbəyini yeraltı sular təşkil edir. Atbaşı, Keqen və Günbatan Aksayda və bir çox başqa çaylarda ümumi axımın 35 faizə qədərini yeraltı sular təşkil edir. Dağ ətəyi Şleyf zonalarında çıxan bulaqlardan başlanan kiçik çayların qidalanmasında yeraltı sular üstünlük təşkil edir. Çoxlu inkişaf edə bilən kiçik çaylar xalq arasında qarasu adlanır. Belə kiçik çaylar (qarasular) Qaraqoyun dərəsində, Orta Narın çökməsində və Qırğızıstanın dağlarının şimal yamacının dağətəyi hissəsində çox yayılmışdır.

Şəkillər

Torpaq örtüyü

Tanrı dağ sistemi uzun və mürəkkəb geoloji inkişaf yolu keçib tektonik hərəkətlərlə müxtəlif yüksəkliyə qaldırıldığından relyefin şaquli zonallığı yaranmışdır. Bu da öz növbəsində mövcud qurşaqlar üzrə torpaq örtüyünün müxtələfliyini yaratmışdır. Ərazinin torpaq örtüyü öz xüsusiyyətlərinə görə Türküstan və Orta Qazaxıstan torpaq - geobotaniki əyalətinə aid edilir.

Tanrı materik daxili səhralar zonasının orta hissəsində yerləşdiyindən və bura üçün iqlimin quraqlığı səciyyəvi olduğundan onun torpaq örtüyü ilə (həmçinin bitki örtüyü ilə), Monqolustanın, Gündoğan Pamirin, Tibetin və eləcə də Aral və Balxaş boyunun torpaq örtüyü arasında böyük oxşarlıq vardır. Bütün dağlıq ölkələrdə olduğu kimi Tanrının da torpaq örtüyü şaquli qurşaqlığa tabe olub zonalar üzrə müxtəliflik yaradır. Biz aşağıda yüksəklik landşaft zonaları üzrə ərazidə yayılmış əsas torpaq tiplərinin qısa səciyyəsini verəcəyik.

Düzənlik öndağlığın səhra zonası-dağətəyi maili düzənlikləri, dağ daxili çökəkliklərin diblərini və bir çox dağların ətək hissəsini tutub mütləq yüksəkliyi başlıca olaraq 800 – 1300 m arasında dəyişir. Bununla yanaşı səhralar fraqmentlər şəklində bəzi sahədə 2000 m — dən (Günbatan İssık — Kulda, Narın çayı dərəsində) yuxarı qalxa bilər. Bu zona üçün karbonatlı süxurlar üzərində inkişaf edən boz torpaqlar xarakterikdir.

Relyefin mütləq yüksəkliyinin artması istiqamətində boz — qonur torpaqların, açıq, adi və tünd növləri bir — birini əvəz edir. Açıq və boz qonur torpaqlar başlıca olaraq səhra zonası üçün xarakterikdir.

Adi və tünd boz qonur torpaqlar isə yarım səhra zonası üçün xarakterikdir. Bu torpaqlar öz mexaniki tərkiblərinə görə də çox müxtəlifdirlər. Kənd təsərrüfatının inkişafı cəhətdən bu torpaqların ən qiymətlisi gillicəli boz — qonur torpaqlardır ki, bunlarda mədəni suvarma əkinçiliyində geniş istifadə olunur. Gipsli boz — qonur torpaqların inkişaf etdiyi daşlı — qırıntılı səhralar üçüncü dövr və təbaşir yaşlı çay daşlarının, konqlomeratların, əhəng daşların, şistlərin yayıldığı sahələrdə inkişaf etmişdir ki, bunlar da müxtəlif duzlar və gips vardır.

Düzənlik öndağlıq yarımsəhra zonasının torpaqları başlıca olaraq boz — qonur və qismən şabalıdı torpaqlar tiplərinə aid edilir. Boz — qonur torpaqlar əsasən lyos və lyosabənzər gillicələr üzərində inkişaf etmişdir. Səhra zonasından fərqli olaraq burada adi və boz — qonurtorpaqlar yayılmışdır ki, bunlarında tərkibində humusun miqdarı açıq boz qonur torpaqlarla nisbətən çoxdur. Adi boz qonur torpaqların tərkibində 1,5 % −2,5 %, tünd — bozqonur torpaqların tərkibində isə 3,5 % — dən çox humus vardır. Bu torpaqlar nisbətən yaxşı sukeçirmə və rütubət saxlama qabiliyyətinə malikdir. Adi boz — qonur torpaqlar Quzey və İçəri Tanrı dağının ətəklərində və dağarası çökəkliklərində geniş yayılıb, terras düzənliklərini İssık-Kul və Narın çökəkliyini əhatə edir. Onların arasında mütlək yüksəklik 1600 – 2100 m arasında dəyişir.

Həmçinin bax

  • Akşiyrak

Qeydlər

  1. Həmçinin Tyan-Şan dağları kimi də yazılır. Digər adı – Tanrı dağları (q.türk 𐰴𐰣 𐱅𐰭𐰼𐰃, Tenğri tağ, تنكرى تاغ; uyğ. تەڭرىتاغ, Tenqri Tağ; qaz. Тәңіртау, Təñirtaw, تأڭئرتاۋ; qırğ. Ала-Тоо, الا-توو; çin. ənən. 天山, sadə. Tiānshān, pinyin: T‘ien1shan1; Şablon:Dil-dng).
Üst