- "Şəmxani" bura istiqamətləndirir.
| Əli Şəmxani | |
|---|---|
| ərəb. علي شمخاني | |
| |
| 10 sentyabr 2013 – 22 may 2023 | |
| Əvvəlki | Səid Cəlili |
| Sonrakı | Əli Əkbər Əhmədian[d] |
| 20 avqust 1997 – 24 avqust 2005 | |
| Əvvəlki | Məhəmməd Füruzəndə[d] |
| Sonrakı | Mustafa Məhəmməd Nəccar |
| 23 dekabr 1990 – 27 avqust 1997 | |
| Əvvəlki | Hüseyn Əlai[d] |
| Sonrakı | Əli Əkbər Əhmədian[d] |
| 1 iyun 1982 – 24 sentyabr 1989 | |
| Əvvəlki | Yusif Koləhduz[d] |
| Sonrakı | Yəhya Səfəvi |
| 20 sentyabr 1988 – 21 avqust 1989 | |
| Əvvəlki | Mahmud Pakrəvan[d] (i. e.) Mohsen Rafiqdust[d] |
| Sonrakı | vəzifə ləğv edilib |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 29 sentyabr 1955 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 28 fevral 2026 (70 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | hava zərbəsi |
| Partiya |
|
| Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi, mühəndis, admiral |
| Uşağı | 5 (Hüseyn Şəmxani daxil olmaqla) |
| Dini | şiəlik |
| Hərbi xidmət | |
| Qoşun növü | İslam İnqilabı Keşikçiləri Korpusu |
| Döyüşlər |
|
| Rütbəsi |
|
| Təltifləri | |
Əli Şəmxani (fars. علی شمخانی; 29 sentyabr 1955, Əhvaz – 28 fevral 2026, Tehran) — İran hərbi lideri, kontr-admiral. O, 1997–2005-ci illər arasında İranın müdafiə naziri vəzifəsini icra etmişdir. 24 avqust 2005-ci ildə onu bu vəzifədə briqada generalı olan Mustafa Məhəmməd Nəccar əvəz etmişdir. 2023-cü ilin may ayından etibarən İranın Ali Rəhbərinin yanında fəaliyyət göstərən Məqsədliliyi Müəyyənetmə Şurasının üzvü və siyasi müşaviri olmuşdur. Onun 2025-ci il iyun ayının 13-də İsrailin İrana etdiyi hava hücumu nəticəsində həlak olması barədə məlumat verilmişdir. Daha sonra onun sağ olduğu bildirilib.
O eyni zamanda Tehran şəhərində yerləşən Strateji Tədqiqatlar Mərkəzinin rəhbərinin müşahidəçisi olmuşdur. O, həmçinin İran körfəzi və regiondakı böhranla əlaqədar olaraq bir neçə məqalənin müəllifidir. 1979-cu il inqilabından sonra İslam İnqilabı Mücahidləri Təşkilatının üzvü olmuşdur.
Onun iki qardaşı — Məhəmməd və Həmid İran–İraq müharibəsi zamanı həlak olmuşlar.
Karyera
- 1981–1982: Xuzistan əyalətində İİKK qüvvələrinin komandiri
- 1982–1989: İİKK komandirinin birinci müavini
- 1984–1989: İİKK Quru Qoşunlarının komandanı
- 1987–1989: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin tabeliyində fəaliyyət göstərən kəşfiyyat və əməliyyatlara cavabdehlik şöbəsinin rəisi
- 1988–1989: İslam inqilabı keşikçiləri naziri
- 1988–1989: BMT Təhlükəsizlik Şurasının 598 saylı Qətnaməsinin İcrası Komitəsinin rəhbəri
- 1989–1997: İİKK Dəniz Qüvvələrinin komandanı
- 1997–2005: İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri
İş səfərləri
- 2001-ci ilin oktyabr ayı: Rusiya səfəri. Səfər zamanı müzakirə olunan məsələlərə Rusiyanın İran ordusu tərəfindən istifadə olunan hərbi texnikasının modernləşdirilməsi prosesində iştirakı, o cümlədən İrana sırf müdafiə xarakterli Rusiya silahlarının tədarükü məsələləri daxildir.
- 2002-ci ilin mart ayı: Ermənistan səfəri. Səfər zamanı tərəflər müştərək müəssisələrin yaradılması da daxil olmaqla geniş spektrli qarşılıqlı fəaliyyəti nəzərdə tutan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair memorandum imzalamışlar.
- 2004-cü ilin aprel ayı: Polşa səfəri. Səfər zamanı ikitərəfli siyasi, iqtisadi və hərbi-texniki əməkdaşlıq məsələləri, o cümlədən İraqda mövcud olan vəziyyət müzakirə edilmişdir. İkitərəfli görüşlərdən və danışıqlardan sonra İran və Polşa arasında hərbi-texniki əməkdaşlığa dair memorandum imzalanmışdır.
- 2004-cü ilin dekabr ayı: Azərbaycan səfəri. Səfər zamanı Qafqaz regionunda ümumi və kollektiv təhlükəsizliyə nail olmaq istiqamətində həyata keçirilən iki ölkə arasındakı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
İran kosmik proqramı
1999-cu ilin fevral ayında müdafiə naziri admiral Əli Şəmxani ilk dəfə olaraq elan etmişdir ki, Şahab-3 raketlərindən sonra İranın yeni döyüş raketlərinin yaradılması planları yoxdur. Yeni yaradılmış Şahab-4 raketi isə İranın öz peyk daşıyıcısı raketini yaratmaq cəhdidir. Bu hadisədən 5 il sonra — 2004-cü ilin yanvar ayında isə Aerokosmik Sənayenin II Elmi Konfransındakı çıxışı zamanı isə o, söz vermişdir ki, cəmi 18 ay ərzində İran "öz raketi ilə kosmosa çıxan ilk İslam ölkəsi olacaqdır"
Ölümü
28 fevral 2026-cı ildə ABŞ–İsrailin İrana zərbələri nəticəsində həlak olub.
- 29 sentyabrda doğulanlar
- 1955-ci ildə doğulanlar
- Əhvazda doğulanlar
- 28 fevralda vəfat edənlər
- 2026-cı ildə vəfat edənlər
- 70 yaşında vəfat edənlər
- Son bir ildə vəfat etmiş şəxslər
- Tehranda vəfat edənlər
- "Kral Əbdüləziz" ordeni ilə təltif edilənlər
- "Fəth" ordeninin kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- İran–İraq müharibəsi iştirakçıları
- İran müdafiə nazirləri
- İran müharibəsində (2026) ölənlər
