Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhər 156 saylı orta məktəbi, 1990-cı ildə isə Polta

Gülağa İslamov

Vikipediya, azad ensiklopediya
Gülağa İslamov
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı
25 yanvar 1995 21 dekabr 2018
Əvvəlkiİsmixan Fərəcov
SonrakıElşən Salahov
Şəxsi məlumatlar
Doğum tarixi 19 dekabr 1948(1948-12-19) (77 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gülağa İslamov — Xəzər Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Həyatı

İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhər 156 saylı orta məktəbi, 1990-cı ildə isə Poltava Koorperasiya İnstitutunu Əmtəəşünaslıq ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə Azərbaycan SSR Kurortlar İdarəsi Avtomobil Nəqliyyatı Birliyində böyük mexanik kimi başlamışdır. 1967–1977-ci illərdə böyük mexanik, çilingər, mexanik işləmişdir.

1977–1995-ci illərdə Bakı Şəhər Kooperativ Ticarəti İdarəsində çeşidləyici, Qəbul Məntəqəsinin müdiri, anbardar, Estoniya Respublikasındakı "Flores" Kooperativində baş əmtəəşünas, Şüvəlan Gülçülük Sovxozunda şöbə müdiri, "Şüvəlan" İstehsal-Ticarət Assosiasiyasında 1 saylı sahənin rəisi, "Qərənfil" Fermer Təsərrüfatının müdiri, 1995–2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Həmçinin bax

Üst