Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Irk Bitig (Falnamə) — əski uyğur dilində yazılmış fal kitabıdır. Orxon-Yenisey abidələrində işlədilən qədim türk hərfləri ilə kağıza yazılmış və indiyə kimi sax

Irk Bitig

Vikipediya, azad ensiklopediya
Irk Bitig - Qədim Uyğur Dilində Yazılmış Fal Kitabı
türk. 𐰃𐰺𐰴 𐰋𐰃𐱅𐰃𐰏
özb. Irq bitigi
Azərbaycanda nəşr olunan Irk Bitigin üzqabı.
Azərbaycanda nəşr olunan Irk Bitigin üzqabı.
Janr Araşdırma
Orijinal dili Uyğur dili
Yazılma ili 2013
ISBN 9789952484472
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Irk Bitig (Falnamə) — əski uyğur dilində yazılmış fal kitabıdır. Orxon-Yenisey abidələrində işlədilən qədim türk hərfləri ilə kağıza yazılmış və indiyə kimi saxlanılmış tək kitabdır. Bu kitabın dəqiq yazılan tarixi bəlli deyil, ancaq ən azı IX yüzilliyə aiddir.

Irk Bitigi macar əsilli araşdırmaçı Mark Avrel Steyn 1907-ci ildə Çinin Qansu əyalətindəki Dunxuan şəhərində yerləşən Bin Budda mağaralarında tapmışdır. İndi isə İngiltərənin London şəhərindəki Britaniya muzeyində Şərq yazılı abidələri bölməsində 8212 sayı ilə saxlanılır. Əlyazma 13.6x8 sm ölçülərində olub, 57 səhifədən ibarətdir. Səhifələrin hər iki üzü də işlədilmiş və cildlənməmişdir. X yüzillikdən daha əvvəl yazıldığı güman edilir.

Azərbaycanda nəşri

İndiyə qədər Vilhelm Tomsendən başlayaraq Hüseyn Namiq Orxun, Sergey Malov, Sir Gerard Klauson, Tetsuro İkeda, Tələt Təkin kimi araşdırmaçılar tərəfindən nəşr olunan kitab Əlisa Şükürlü, Yusif Məmmədov və Əbülfəz Rəcəbov tərəfindən də araşdırılmışdır. 2013-cü ildə isə Göybəy Uluç, Aygün Hüseynli, Dilbər Mehdiyeva, Özcan Qır, İrana İbrahimova və Ceyran Sərxanbəyova tərəfindən əski uyğur dilindən çağdaş Azərbaycan dilinə çevrilərək nəşr edilmişdir.

Kitab qədim uyğur mədəniyyətini, dünyagörüşünü, qədər-qismət, tale və bəxt haqqında düşüncələrini əks etdirir. Kitab 120 səhifədən ibarətdir.

Irklar (fallar)

1-ci ırk:

tensi : men : yarın : kiçe : altun : örgin : üze : oluru͡pan : men͡qileyür : men : an͡ça : bilin͡qler : edgü ol :

Mən tənsiyəm. Gecə gündüz qızıl taxt üzərində oturub xoşbəxt oluram. Belə bilin ki, yaxşıdır.

28-ci ırk:

kan : oluru͡pan : ordu : yapmis : ili : turmis : tört : bolun͡qtakı : edgüsi : uyurı : tirilipen : men͡qileyür : bedizleyür : tir : an͡ça : bilin͡qler : edgü : ol :

“Xan taxta çıxıb şəhər qurdu, eli yüksəldi, dörd tərəfdən yaxşıca güc topladı. Sevinir, [hər yanı] bəzəyir", — deyir. Belə bilin ki, yaxşıdır.

66-cı ırk:

amtı : amrak : oqlanım : an͡ça : bilin͡qler : bu : ırk : bitig : edgü : ol : an͡çıp : alku : kentü : ülügi : erklig : ol :

İndi əziz oğullarım, belə bilin ki, bu fal kitabıdır, yaxşı yazıdır. Amma yenə də hamı öz taleyində güc sahibidir.

Xarici keçitlər

  1. Irk Bitig / Eski Uygurca Fal Kitabı- p.1 -ön söz
Üst