| Rəşad Eyyubov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 3 dekabr 1992 (33 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 175 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəşad Eyyubov (tam adı: Rəşad Elman oğlu Eyyubov; 3 dekabr 1992, Sumqayıt) — Azərbaycan U-21 milli futbol komandasının baş məşqçisi və keçmiş futbolçu.
Həyatı
Rəşad Eyyubov 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2 yaşı olanda ailəsi ilə birgə Ukraynanın Odessa şəhərinə köçüb.
Rəşad məşhur azərbaycanlı arxeoloq İsaak Cəfərzadənin nəvəsidi.
Azərbaycan, rus, Ukrayna və ingilis dillərində sərbəst danışa bilir.
Karyerası
Odessa futbol məktəbinin yetirməsidir. Futbola Odessanın "Çernomorets" komandasının uşaq futbol məktəbində başlayıb. İlk məşqçisi Viktor Zaxaroviç Zubkov olub.
Klub karyerası
2002–2008-ci illərdə "Çernomorets" (Odessa), 2008–2009-cu illərdə "Metallurq" (Donetsk) və 2009–2011-ci illərdə yenidən "Çernomorets"də çıxış edib.
2011-ci ildə Sergey Yuranın çalışdırdığı "Simurq"a transfer olunub.
Milli komanda
2008-ci ildə Ukrayna U-17 millsinin baş məşqçisi Aleksandr Borisoviç Qolovko tərəfindən yığmaya cəlb edilib. Sonradan Rəşad karyerasını Azərbaycan yığmasının aşağı yaş qruplarında davam edib. 2015-ci ildə "Şaxtyor"la (Donetsk) yoxlama matçında əsas millidə debüt edib.
Məşqçi karyerası
Eyyubov futbol karyerasını bitirdikdən sonra "Sabah" klubunda U-19 komandasının, əvəzedici komandanın, o cümlədən əsas komandanın məşqçisi olub. O, 7 yanvar 2025-ci ildə Azərbaycan milli futbol komandasının məşqçisi təyin olunub.
4 oktyabr 2025-ci ildə Eyyubov Azərbaycan U-21 milli futbol komandasının baş məşqçisi təyin olunub.
- 3 dekabrda doğulanlar
- 1992-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Sumqayıtda doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Əlifba sırasına görə futbol məşqçiləri
- Futbolçu qaralamaları
- Azərbaycan futbolçuları
- Azərbaycanlı futbolçular
- Simurq PFK oyunçuları
- Azərbaycanın kişi futbolçuları
- Neftçi PFK oyunçuları
- Kəpəz PFK oyunçuları
- Qəbələ FK oyunçuları
- Azərbaycan futbol məşqçiləri
- Azərbaycan milli futbol komandasının oyunçuları
- Azərbaycan U-21 milli futbol komandasının oyunçuları
- Xəzər-Lənkəran FK oyunçuları
- Zirə FK oyunçuları
- Sumqayıt FK oyunçuları
- Sabah FK oyunçuları
- Azərbaycan Premyer Liqası oyunçuları
- Ukrayna futbolçuları
- Kişi futbol yarımmüdafiəçiləri