| xaqanlıq | |
| Qırğız xaqanlığı | |
|---|---|
![]() | |
| 693 — 1207 | |
| Paytaxt | Ordu-Balıq |
| Dil | Qədim qırğız dili, Qədim türk dili, Qədim uyğur dili[d], Monqol dilləri |
| Rəsmi dilləri | Qədim qırğız dili |
| Din | Tenqriçilik, Manilik |
| İdarəetmə forması | Monarxiya |
Qırğız xaqanlığı — 831-ci ildə Ötüken və ətrafını ələ keçirərək Mərkəzi Asiyada qurulan türk dövləti. Hökmdarları xan titulu daşıyırdı.
Tarixi
İlk dövlət
Qırğızların bilinən ilk hökmdarları Bars xaqan adı ilə bilinən İnanc Alp Bilgədir. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710–711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər.
İkinci dövlət
Qırğızlar 820-ci ilədək Göytürk xaqanlığı və Uyğur xaqanlığına tabe olsalar da İnal Ajonun özünü xaqan elan etməsindən sonra müstəqil yaşamağa başladılar. 839-cu ildə uyğur əyanlarından Bağa Sanqunun Ajoya pənah gətirməsi və dəstək tələb etməsindən sonra 100.000 nəfərlik Qırğız ordusu Ordu-Balıq şəhərini ələ keçirdi və yandırdı. Taihe xatun əsir götürüldü.
Ajonu əvəz edən Alp Solaqay xaqan uyğurlara qarşı müharibəni davam etdirməyi qərara aldı. Anhsi və Beşbalıq şəhərlərini Qoço Uyğur idikutluğunun hakimi Bilgə Pan Tiginin əlindən aldı. Dövlətin sərhədlərini Mançuriyaya qədər genişləndirdi.
845-ci ildə Çenmin xaqan Tan sülaləsi imperatoru Vuçonq tərəfindən rəsmən tanınmışdı.
847-ci ildə hakimiyyətə keçən oğlu İnvu Çenmin xaqan isə II Hsüançonq tərəfindən tanınmışdı.
- 693-cü ildə yaranmış dövlətlər və ərazilər
- 1207-ci ildə ləğv olunmuş dövlətlər və ərazilər
- Tarixi dövlətlər
- Qırğızıstan tarixi
- Xakasiya tarixi
- 820-ci ildə yarananlar
- 920-ci ildə ləğv olunanlar
- XI əsrdə ləğv olunmuş dövlətlər və ərazilər
- Asiyanın tarixi dövlətləri
- İmperiyalar
- 840-cı ildə yaranmış dövlətlər və ərazilər
- Mərkəzi Asiya tarixi
- Asiyanın keçmiş imperiyaları
- Tarixi türk dövlətləri
- Xanlıqlar
- Rusiya tarixində dövlətlər
