Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Türk[mənbə göstərilməlidir] -monqol[mənbə göstərilməlidir] təqvimi-Bu təqvim Meton dövrəsi üzrə tənzimlənən və qəməri-şəmsi təqvim sisteminə aid olan təqvimlərd

Türk-monqol təqvimi

Vikipediya, azad ensiklopediya

Türk[mənbə göstərilməlidir] -monqol[mənbə göstərilməlidir] təqvimi-Bu təqvim Meton dövrəsi üzrə tənzimlənən və qəməri-şəmsi təqvim sisteminə aid olan təqvimlərdəndir. Təqvimdə 12 adi 7 uzun il var. Çin təqvimindəki kimi 12 illik heyvanların adları ilə adlandırılmış dövrə türk-monqol təqviminin əsasını təşkil edirdi. Təqvimdə 7 uzun il 13 aya bölünürdü. 12 adi il isə 12 aydan ibarət idi. Aylar "birinci ay", "ikinci ay", "Təzə ay", "köhnə ay" və s. kimi adlandırılırdı. Ay təzə ayın çıxması ilə başlanırdı. Təqvim 1027-ci ildən hesablanır.

İllər

NoHeyvanDigerFərqli QaynaqlardaÇincəTələffüzMənaXakas TəqvimiXüsusiyyətləri
1SıçqanSıçkan, Sıçan, ÇıçqanKüsgü子zǐSiçanKüskə ("siçan")Hərəkət, hiss.
2UdUt, UyBuğa, Buga, Boğa, Buqa丑chǒuÖküzİnək, İnəh ("mal")Sükunət, ağıl, şüur.
3BarsBarıs, Pars寅yínBəbirTülgü ("tülkü")Cürət, döyüş.
4TavışqanTavışkan, TovışqanQoyan, Qoban卯mǎoDovşanXozan ("dovşan")Mərhəmət, qorxaqlıq.
5Lu (Nek)Luy, Ulu, UluğBal, Balıq, Balık辰chénƏjdahaKiləski ("əjdaha")Taleh, zənginlik.
6YılanÇılan, Ilan, Zılan巳sìİlanÇılan ("ilan")Hörmət, qorxu.
7YuntYund, Yont, YondYılxı, Yılqı午wǔAtÇilgi, Çılqı ("at")Tələsik, təlaş, sürət.
8QoyXoy, Xonın, QonınQoç, Qoçkar, Xuç未wèiQoyunXoy ("qoyun")Sevgi, dürüstlük, çoxluq.
9BiçinMəçin, Məşin, Piçin申shēnMeymunKizi ("kişi")Əyləncə, hiyləgərlik.
10TaqakuToquk, Toğ, Taqıq, Tavuq酉yǒuToyuqTanah ("toyuq")Üsyan, xəsislik..
11İtİyt, İştKöbək, Kübek, Köpək戌xūİtDorna, Turna ("durna")Sədaqət, hissiyyat.
12TonquzTonuz, Domuz, Dumuz亥hàiDonuzÖski ("keçi")Qarışıqlıq və sükunət.

Yakutlar (Saxalar) isə 12 hayvanlı il təqvimi istifadə etməklə birlikdə, heyvanların yerinə tanrıların adlarını istifadə etmişlər.

1. Cöhögöy, 2. Ayısıt, 3. İyehsit, 4. Ayığ 5. Buğor, 6. Cahın 7. Suğorun, 8. Xotoy, 9. Bayanay, 10. Sehen, 11. Tanxa 12. Otun

Aylar

Oşlaq Ay

Oşlaq Ay (və ya Aşlaq Ay) — Xüsusilə avrasiya köçəri xalqlarının və türklərin şaman təqvimində birinci aydır. Uluğ Kün (Ulu Gün) yəni Novruz ilə birlikdə 21 Martda başlayır. Bu bahar şənliyi qurban ayinləri və qeyd etmələr və ənənəvi əyləncələr ilə həyata keçirilir və indiki vaxtda da varlığını davam etdirməkdədir.

Son Ay

Sonay — türk xalq mədəniyyətində ilin ilk yarısıdır. Xüsusilə azərbaycan folklorunda payız mövsümünün son aylı gecələrinə deyilir. Azərbaycan "ayın düşüncəsi"ndə (mifoloji anlayışında) Ay və Günəş sevgililərdir. Onların sevgisi sonsuzdur. Amma onlar heç bir zaman bir-birinə qovuşa bilməzlər. Ancaq gecə və gündüz bərabərləndiyi bu gündə bu sonsuz sevdalılar bir-birlərinin üzlərini görə bilərlər. Amma sonra kavuşamadan yenə itirərlər. Azərbaycan kəndlərində bu gecədə müxtəlif oyunlar oynayarlar.

Mövsümlər

MövsümQədim təqvim — Xalq təqvimi
YazKök, Kökəy, Kökləm, Köktəm
YayYaz, Cay
PayızGüz, Güzəy, Güzləm, Güzdəm
QışQıs, Xıs

Həmçinin baxın

Üst