Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çayqovuşan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun İstisu kənd inzibati ərazi dairəsində kənd. 30 iyun 2009-cu il tarixli 851-IIIQ saylı Azərbaycan Res

Çayqovuşan (İsmayıllı)

40°55′41″ şm. e. 48°05′11″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çayqovuşan
40°55′41″ şm. e. 48°05′11″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 140 nəf.
Xəritəni göstər/gizlə
Çayqovuşan xəritədə
Çayqovuşan
Çayqovuşan

ÇayqovuşanAzərbaycan Respublikasının İsmayıllı rayonunun İstisu kənd inzibati ərazi dairəsində kənd. 30 iyun 2009-cu il tarixli 851-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Çayqovuşan kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Coğrafiyası və iqlimi

Kənd Qalacıq turizm zonasında, Göyçay çayının sağ sahilində yerləşir. İsmayıllı–Qalacıq daxili turist marşrutu, İsmayıllı–Qalacıq–Quba və İsmayıllı–Qalacıq–Qəbələ turist marşrutları kənddən keçir. Kəndə avtomobillə getmək olar.

Əhalisi

Əhalisi 140 nəfərdir ki, onun da 72 nəfəri kişi, 68 nəfəri qadındır. Kəndin böyük əksəriyyəti ləzgilərdir.

İqtisadiyyatı

Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur.

Həmçinin bax

Üst