Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yerli əhalinin verdiyi məlumata görə, kəndi vaxtilə indiki Göygöl rayonunun Balçılı kəndindən çıxmış ailələr Corman meşəsi adlanan sahədə saldıqlarına görə meşə

Çorman (Kəlbəcər)

40°01′54″ şm. e. 46°15′42″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çorman
40°01′54″ şm. e. 46°15′42″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Kəlbəcər rayonu
Xəritəni göstər/gizlə
Çorman xəritədə
Çorman
Çorman
Çorman xəritədə
Çorman
Çorman

ÇormanAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd.

Etimologiyası

Yerli əhalinin verdiyi məlumata görə, kəndi vaxtilə indiki Göygöl rayonunun Balçılı kəndindən çıxmış ailələr Corman meşəsi adlanan sahədə saldıqlarına görə meşənin adı ilə adlandırılmışdır. Oykonimin türk mənşəli orman (meşə) sözünun variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Corman emotoponimdir, cor tayfasının adını əks etdirir.

Tarixi

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Çorman kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Çorman Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Coğrafiyası

Qonqur dağının ətəyindədir.

Əhalisi

Kəndin əhalisi Türklər olmuşdur.

Üst